Slimfit
  1. CƏMİYYƏT

Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı

Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
Sakura

Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı

Noyabrın 8-də ABŞ-ın Oklahoma ştatında keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Gədəbəy şəhəri ilə Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Axar.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və ABŞ tərəfdən Stilluater Şəhər Şurasının üzvü Emi Dzialovski imzalayıblar.

İki şəhər arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən əməkdaşlıq sənədi, həmçinin Oklahoma ştatı ilə Azərbaycan arasında strateji əməkdaşlığı dərinləşdirəcək.

İmzalanma mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan ilə ABŞ arasında iqtisadi sahədə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensialından bəhs edib, Oklahomanın Milli Qvardiyası ilə Müdafiə Nazirliyi arasında strateji əlaqələrin digər sahələrə də təsir göstərdiyini vurğulayıblar. Bildirilib ki, bu sənədin imzalanmasının Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar Oklahomada keçirilən tədbirlərlə eyni vaxta təsadüf etməsi xüsusi önəm daşıyır.

 

Xatırladaq ki, noyabrın 6-da Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Stilluater şəhərində yerləşən Oklahoma Dövlət Universiteti ilə Dövlət Aqrar Universiteti arasında da əməkdaşlıq memorandumu imzalanıb.

Forum Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR