Slimfit
  1. İDMAN

Futbol

Futbol
Sakura

Futbol

Futbol (ing. foot — ayaq ,ball —  top ) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik toplakomanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 million futbolçu tərəfindən oynalınır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynalınır. Oyunun məqsədi mümkün qədər çox dəfə rəqib qapısına qol vurmaq və öz qapından qol keçirdməməyə çalışmaqdı.

Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar, bir şərtlə ki, onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər, həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunu ən çox qol vuran komanda udur. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heçheçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA; fr. Fédération Internationale de Football Association) tərəfindən tənzimləşdirilir, hansı ki hər 4 ildən bir kişilər və qadınlar üçün Dünya Çempionatlarını təşkil edir.

Oyunun adı

FİFA və Beynəlxalq Olimpiya Komitəsi "futbol" sözünü oyunun rəsmi beynəlxalq adı kimi istifadə edirlər.

Oyunun ingilis dillində tam adı «association football» ("Assosiasiyanın qaydalarına görə futbol") 1863-ci ildə İngiltərə futbol assosiasiyasının yaradılmasından sonra seçildi ki, o vaxt mövcud olan futbolun digər növlərindən ayırd etmək mümkün olsun, məsələn, əllə oynamağa icazə verilən reqbi futbolundan. Zaman keçdikcə oyunun uzun variantda olan adları gündəlik nitq və mətbuatda istifadəsi azaldı. İngiltərədə əvvəlcə "assoc" qısaltması yayıldı, ondan sonra "soc" qısaltmasına "-er" şəkilçisi əlavə etməklə 1880-ci illərdə "sokker" (ing. soccer) termini yarandı. Dövri mətbuatda "soccer" termini ən azı 1892-ci ildən istifadə olunur.

Bizim günlərdə "sokker" adı bir sıra ingilisdilli ölkələrdə yayılıb, hansında ki futbolun digər növləri tarixən populyarlığını saxlaya biliblər. Məsələn, Avstraliya və Yeni Zelandiyada futbol adını Avstraliya futbolu və Reqbi liqinə aid edirlər. İrlandiyada "futbol" termini Gal futbolunda işlədilir, ona görə də mətbuatda "soccer" istifadə olunur. CAR-da oyun daha çox "soccer" kimi tanınır ki, bu da həm ölkə çempionatının adında Premier Soccer League, həm də 2010 DÇ-nın finalı keçirilən Sokker Siti stadionun adında əks olunub. ABŞ və Kanadada "soccer" termini işlədilir, çünki oralarda futbol adı Amerika futbolu və Kanada futboluna aid olunur. İngiltərədə "sokker" termini köhnəlmişdi və yeni nəsil azarkeşləri o sözü etinasız hesab edirlər.

Oyunun adı başqa dillərdə belə adlandırılıb:

  • Ya ingilis dillindən football alınma sözünü götürüblər, Azərbaycan dillindəki kimi "futbol"
  • Ya football sözünü kalkalaşdıraraq mənimsiyiblər. Məsələn, alman dillində Fußball, yunan dillində ποδόσφαιρο, fin dillində jalkapallo
  • Ya "təpik atmaq", "ayaq" sözlərindən törəmə düzəldiblər, italiyan (calcio) və xorvat (nogomet) dillərində olduğu kimi.

Tarixi

FİFA-ya görə Çin rəqabət oyunu olan Tsu (蹴鞠, hərfbəhərf mənası ilə "topa vurmaq") futbolun ən erkən formasıdı, bunun üçün də elmi sübutlar mövcuddur. Tsu oyunçularına topa əldən başqa bütün bədən üzvləri ilə toxunmaq icazələri var idi və onların əsas məqsədi topu torun ortasında diametri təxminən 30 santimetr olan deşikdən keçirmək idi. Bu həddindən artıq müasir futbola oxşayırdı, hərçənd reqbi ilə də oxşarlıqlar yaranırdı. Han sülaləsinin (E.ə. 206 — b.e. 220) hakimiyyəti zamanı tsu oyunu standartlaşdırıldı və qaydaları qoyuldu.

Phaininda və episkyros yunanların topla oynanılan oyunları idi. Episkyros oynayan oyunçunun barelyef formasında vazaya təsvir edilmiş şəkili UEFA Avropa Çempionatında istifadə edilmişdir. Həmən vaza Afina Milli Arxeologiya Muzeyində saxlanılır. Yazıçı Afiniyin 228-ci ilə aid yazılarının birində romalıların topla oynanılan harpastum oynunun adını çəkir. Phainindaepiskyros və harpastum əl və zorakıllığın istifadəsi ilə oynanılan oyunlar idilər. Görünən odur ki, bütün bu oyunlar daha çox reqbi, güləş və voleybolu xatırladırdılar nəyinki müasir futbolu. Futbolun rəqabət olmayan növləri də var, onlar Yaponiyada kemari, Koreada tsu çu, Avstraliyada isə woggabaliri adı ilə tanınırlar.

Müasir futbolun özünə məxsus klassik tarixi yoxdur. Dünyanın bir çox yerində mövcud olan diger top oyunların futbolla oxşarlıqlarların olmasına baxmayaraq, FİFA Avropadan kənarda yaranmış qədim oyunların futbolla heç bir tarixi əlaqəsi olmadığını hesab edir. Futbolun müasir qaydaların yaranması 19-cu əsrin ortalarında İngiltərənin məktəblərində oynanılan futbolun müxtəlif formalarını standartlaşdırmaq üçün edilən səylər ilə bağlıdı. İngiltərədə futbol ən azı 8-ci əsrdən mövcuddur.

İlk dəfə 1848-ci ildə Kembric Universitetində tərtib edilmiş "Kembric qaydaları" futbolun da inkişafına xüsusilə böyük təsir göstərmişdir. Kembric qaydaları Triniti kollecində keçirilən və Harrou, Raqbi, Vinçester, İton və Şrusberi məktəblərin nümayəndələrinin də iştirak etdiyi görüşdə yazılmışdır. Bu qaydaları hər yerdə qəbul etmədilər. 1850-ci illər ərzində futbolun müxtəlif növlərini oynamaq üçün ingilis dilli ölkələrdə məktəb və ya universitetə bağlı olmayan bir çox klublar formalaşmışdı. Bəzi klubların öz qayda nizamnamələri vardı, onlar içərisində ilk növbədə 1857-ci ildə keçmiş məktəblilər tərəfindən yaranan Şeffild klubunun adını çəkmək olar. Appinqam (ing. Uppingham) məktəbindən olan Con Çarlz Trinq həmçinin nüfuzlu qaydalar siyahısını hazırlamışdır.

Tarixi, ədəbi mənbələr hələ IV-V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada.

Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun 2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək,daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torun ortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi.

Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. «Tsu” – topu vurmaq, „cu” isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı. Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.

Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi.

Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.

Futbol stadionu

 
Braziliyada yerləşən Marakana stadionu

Futbol meydanı uzunluğu 90 - 110 metr, eni 60 - 75 metr olan düzbucaqlı şəkildədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılardan keçirmək lazımdır. Futbol qapısının sahəsi 18 m-dir (eni 7.32 m, hündürlüyü 2.44 m). Dünyada ən böyük stadion Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionudur. "Marakana" stadionu 200 min tamaşaçı tutumuna malikdir.

Futbol üzrə dünya çempionatı

Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən çempionatın qalibi Uruqvay komandası olmuşdur. Sonuncu çempionat 2018-ci ildə 14 iyun-15 iyul tarixləri arasında Rusiyada keçirilmiş və Fransa milli komandası çempion olmuşdur.

Qaydaları

Rəqibə təpik vurmaq, badalaq gəlmək, təhlükəli hücum etmək, onun üstünə atılmaq, onu əl ilə tutmaq və itələmək futbolçuya qadağan edilir. Qapıçıdan başqa heç kim bilərəkdən əllə oynamamalıdır. Oyunun bu qaydaları pozulduqda hakim cərimə zərbəsi təyin edir. Əgər oyunçu oyunun qaydalarını pozmaqda davam edərsə, hakim ona xəbərdarlıq edir. Futbolçu bundan sonra da oyun qaydalarını pozursa onu meydandan çıxarırlar.

Offside

 
Yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alır

Futbolda "oyundankənar vəziyyət" deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. Əgər futbolçu topu öz komanda yoldaşına ötürərkən yoldaşı ilə rəqib qapı arasında təkcə rəqib qapıçı qalıbsa, onda "oyundankənar vəziyyət yaranır. Başqa sözlə, ön hücum xəttində mövqe seçərkən qarşında qapıçı da daxil olmaqla azı 2 oyunçu olmalıdır.

Oyunun müddəti və davametmə vaxtı

Futbol matçı hər biri 45 dəqiqə olan iki hissədən ibarətdir. Hər bir hissə fasiləsiz davam edir, yəni top meydanın kənarında olsa belə, oyun dəyanmır. Hissələr arasında fasilə adətən 15 dəqiqə çəkir. Baş hakim oyunun rəsmi xronometristdir və əvəzetmələrə, oyunçu zədələrinə və sayr dəyandırılmalara görə itirilən dəqiqələri o, hissənin sonuna əlavə edə bilər. Əlavə vaxtın müddəti referinin səlahiyyətindədir. Yalnız baş hakim oyunu başa çatdıra bilər.

Əlavə vaxt 1891 ildə oynanılan Stok Siti-Aston Villa oyununda baş verən insidentdən sonra futbolda tətbiq edilməyə başlandı. Stok Siti 0:1 uduzan vaxtı, oyunun sonunda onlar penalti zərbəsini qazandılar, amma Aston Villanın qapıçısı topu göyə vurmuşdu, və top meydançanın lazım olan yerinə qayıdanadək, oyun vaxtı bitmişdir, və artıq hakim oyunu dəyandırmışdır. Həmçinin əlavə vaxt qaydası ilə birlikdə qəbul edildi ki, hər hansı hissənin sonunda 11 metrəlik cərmə zərbəsi təyin edilərsə, o zərbəni yerinə yetirmədən, oyun bitə bilməz.

Liqa yarışlarında oyun heç-heçə də bitə bilər. Əsas vaxtda hesab heç-heçə ilə bitsə, oyuna əlavə iki dənə 15 dəqiqəlik əlavə hissələr oynanıla bilər. Əgər əlavə vaxtada qalib müəyyənləşmədisə, onda bəzi yarışlarda penalti seriyası tətbiq olunur. Penalti zərbələrində vurulan qollar, yekun hesaba əlavə olunmurlar.

İki oyunluq yarışlarda hər bir komanda öz meydanında bir oyun keçirdir, və hansı komandanın növbəti mərhələyə keçəcəyini iki oyunun ümumi hesabı bəlli edir. Hesab bərabər olarsa, onda qonaq stadionda vurulan qollar qalibi müəyyənləşdirir. Bu kimi oyunlarda heç heçə olarsa belə əlavə vaxta və penalti seriyasına ehtiyac olmur.

1990 illərin sonlarında 2000 illərin əvvəlində Futbol Assosiasiyalarının Beynəlxalq Şurası penalti seriyasını istifadə etmədən, qalibi müəyyən etmək üçün eksperimentlər keçirdməyə başladı. Onlar "qızıl" (əlavə vaxtda ilk qolu vuran komanda, oyunun qalibi olur) və "bürünc" (əlavə vaxtda ilk qolu vuran komanda qalib olmur və əgər hansısa əlavə hissədən sonra komandalardan biri hesabda öndədirsə, onda qalib həmin o, klubdu) topları tətbiq etməyə başladılar. Qızıl qol 1998 və 2002 ilin dünya çempionatında istifadə olunmuşdur. Dünya Çempionatında Qızıl qolun həll etdiyi ilk oyun 1998 ildə keçirilən Fransa-Paraqvay olmuşdur. Almaniya millisi Qızı top saəsində mötəbər turnirdə ilk qələbə qazanan komanda olmuşdur, onlar Avro 1996 finalında Oliver Birhoffun qızıl qolu ilə Çexiya millisinə qalib gəlmişdilər. Bürünc qol Avro 2004 tətbiq edilmişdir. Hər iki eksperiment Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tərəfindən ləğv edilmişdir.

Əsrin matçı

23 oktyabr 1963-cü ildə Londonda qeyri-adi bir futbol matçı keçirildi. Dünyanın yığma komandası oynayırdı. "Əsrin matçı" adını almış bu oyunu televiziya bütün dünyaya göstərirdi. Futbolun yüzillik yubileyi bu cür qeyd edilirdi. Oyunun Londonda keçirilməsinin və komandalardan birinin İngiltərənin yığma komandası olmasının izahı sadədir: futbolun vətəni İngiltərə sayılır. Oyunun qalibi İngiltərə oldu (2:1).

Adətlər

Köynək dəyişdirmək

Dünyada futbol matçından sonra ilk dəfə rəqiblə köynək dəyişdirmək ritualı 1921-ci ildə baş vermişdir. 1921-ci il 14 mayına kimi Fransa İngiltərə ilə 15 oyun keçirsə də, yalnız 1921-ci ildə qələbə qazana bilmişdi. Qeyri-peşəkar fransız futbolçular 35.000 azarkeşin önündə 5:2 hesabla peşəkar ingilis futbolçuları üzərində qələbə qazanırlar. Deyilənə görə, fransızlar o qədər sevinirlər ki, xatirə olsun deyə, rəqib oyunçulara köynəklərini dəyişdirmək təklifi edirlər. İngilislər təklifi qəbul etməyə məcbur olurlar. Bu zaman fransızların köynəkləri pambıqdan, ingilislərinki isə ipəkdən imiş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR