Dərc edildi: Baxış sayı: 272
Fransa və Ermənistan arasında müdafiə sahəsində sənədlər imzalandı
Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında paylaşım edib.
“Görüşdə müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığı müzakirə edildi. Eyni zamanda yeni imkanlar, müdafiə sistemlərinin əldə edilməsi, hərbi, təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələrdən bəhs olundu, həmçinin ikitərəfli əməkdaşlığa dair sənədlər imzalandı”, - deyə Papikyan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət