Slimfit
  1. AZƏRBAYCANLI

Fikrət Qoca adamyeyənlərin arasında da olub...

Fikrət Qoca adamyeyənlərin arasında da olub...
Sakura

Fikrət Qoca adamyeyənlərin arasında da olub...

Ömrü maraqlı keçən insanların özləri də maraqlı olurlar. Onlarla ünsiyyətdə olmaq, söhbətlərini dinləmək adama başqa bir ləzzət verir. Dünyanın bir çox ölkəsinə yaradıcılıq səfərlərinə getmiş xalq şairi Fikrət Qocanın da həyatında maraqlı hadisələr az olmayıb. Bütün bunlardan bəlkə də çoxları xəbərsizdir. Odur ki, bir neçəsini sizinlə bölüşmək istəyirəm...

Kubaya, Karib dənizindəki adalardan birindəki Varadero kurort şəhəhərinə yaradıcılıq səfərinə yollanan SSRİ Yazıçılar İttifaqının məsul vəzifəli şəxslərinin arasında o da var idi. Hava isti olduğundan qərara gəlirlər ki, Karib dənizində çimib sərinlənsinlər. “Novıy mir” jurnalının baş redaktoru, Sosialist Əməyi Qəhrəmanı Serqey Naravçatov və Altay vilayətindən, şair Erikmen Palkin də onunla birlikdə çimməyə gəlirlər. Fikrət Qoca Karib dənizinə tullanmağı ilə nəhəng bir akulanın ona tərəf üzdüyünüi görür və cəld sahilə çıxır. Üstündən bir az keçəndən sonara Fikrət Qoca yenidən dənizə girmək istəyəndə Naravçatov ona yalvararaq deyir- "Fikrət, Allah xatirinə girmə. Geri dönəndə mən söz tapıb izah edə bilməyəcəm. Axı mən necə deyəcəm ki, Fikrəti akula yedi?"..

Sakit okeanın cənub-qərbində yerləşən Qvineya dövlətində yaradıcılıq ezamiyyətində olan dəstəni adamyeyənlərin- vəhşi qəbilənin yaşadığı əraziyə ekskrusiyaya aparırlar. O dövrün məşhur “KVN”çilərindən, Lunderin də olduğu həmin dəstənin tərkibində Fikrət Qoca da var idi. Dəstəyə yerli bir gənc bələdçilik edirmiş. Ölkə rəhbəri vəhşi qəbilələrə adam əti yeməyi qadağan etsə də, getməmişdən öncə hər ehtimala qarşı onlara möhkəm tapşırmışdılar ki, hava işıqlı ikən geri qayıtsınlar. Dəstə vəhşi qəbiləyə yaxınlaşanda bələdçi sağ tərəfində qadınlar, sol tərəfində isə yarıçılpaq kişilər dayanmış qəbilə başçısıyla öz dilində nəsə danışıb, gələnləri qəbilə rəhbərinin yanında əyləşməyə dəvət edir. 
Qadınlardan biri ocağın üstündəki dəmir lövhədə nəsə qovurub qəbilə rəhbərinə verir, o da ovuc-ovuc ağzına atıb ləzzətlə təam edirdi. Qonaqlar ona yaxınlaşanda görürlər ki, başçının yediyi iri meşə qarışqalarıdır. Lunderin ağbəniz, dolu bədənli olduğunu əsas gətirən Fikrət Qoca ona- "Mən qorxmuram, arıq- çəlimsiz adamam. Yəqin ki, könüllərinə adam əti düşsə səni tutub yeyəcəklər"- deyərək zarafat edir. Lunderin qorxudan rəng verib-rəng aldığını görən şair bayaqdan qəbilə başçısıyla danışan bələdçini göstərib tərcüməçiyə dillənir:- Bələdçidən soruş gör, o, nə deyir?
Bələdçiylə danışan tərcüməçi üzünü dəstəyə tərəf tutub söyləyir:- "Başçı deyir ki, adam əti qadağan olunandan ağzımızın dadı da itib. Kaş dünən gələydiniz, yaxşı meymun ətimiz var idi"...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR