Slimfit
  1. MƏDƏNİYYƏT

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
Sakura

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.

“Report” xəbər verir ki, tədbiri mədəniyyət naziri Əbülfəs Qarayevaçaraq Azərbaycanda mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb: "Azərbaycan musiqisi hər zaman xalqımızın qürur mənbəyi olub. Dünyada başqa bir yaradıcılıq növü tanımıram ki, komponentlərin üçü də ayrılıqda bəşəriyyət tərəfindən qorunsun. Bizim muğamımız, tarımız və kamanımız UNESCO tərəfindən qorunur. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.".

Sonra mükafatlar təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Mərasimdə həmçinin Nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.

Qeyd edək ki, fəxri adlar Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR