Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Evinizdə cəfəri yetişdirin

Evinizdə cəfəri yetişdirin
Sakura

Evinizdə cəfəri yetişdirin

Cəfəri insan orqanizmi üçün faydalı sayılan bitkilərdən biridir. Onun hətta, ev şəraitində yetişditilməsi çox asandır. Cəfəri əkildikdən yarım ay sonra cücərməyə başlayr və il boyu öz bəhrəsini verir. Mütəxəssislər cəfərini marketlərdən ala bilməyən insanlara onu evdə dibçəkdə yetişdirməyi məsləhət bilir. Çünki ondan müxtəlif məqsədlərlə itifadə edilir. Cəfəridən müxtəlif salatların hazırlanmasında, müalicə məqsədilə və kosmetoloji vasitə kimi istifadə edilir. Cəfərinin orqanizm üçün həddindən çox faydası var. Onun tərkibində olan C vitamini limonun və potağalı tərkibindəkindən 5 dəfə artıqdır. Cəfəri B1, B2, K, PP vitaminləri, dəmir, kalium, kalsium, fosfor, maqniumla da zəngindir. Gün ərzində 50 qram cəfəri yemək orqanizmin C vitamininə və karotinə olan ehtiyacını ödəyir. Cəfəridən xalq təbabətində geniş istifadə edilir. Onun kökünün dəmləməsi göz xəstəlikləri zamanı çox faydalıdır. Belə ki, bu dəmləmə gözü işıqlandırır və görməni yaxşılaşdırır. Dəmləməni hazırlamaq üçün cəfərinin kökü təmiz yuyulur, zəif odda 10-15 dəqiqə qaynadılır və gündə 2-3 dəfə içilir. Dəmləməni gözə sürtmək də mümkündür. Qastrit zamanıgün ərzində 5 dəfə 10 ml cəfəri şirəsi içmək xəstəliyin əlamətlərini azaldır. Kosmetologiya sahəsində də cəfəridən geniş itifadə edilir. Cəfəri suyu dərini tonuslandırır. Ən cox da gözətrafı dərinin tonuslanması üçün cəfəri suyunun tayı bərabəri yoxdur. Yağlı dəriyə cəfəri şirəsi ilə suda islanmış herkules maskası çox faydalıdır. Bu qarışımdan hazırlanan buzla yağlı dərini sildikdə dərinin yağ balansı normallaşır. Quru dəri üçün isə cəfəri şirəsi qatılmış kəsmik maskası çox fydalıdır. Saçları yuduqdan sonra cəfəri dəmləməsilə yaxaladıqda saçlar parlaq və güclü olur. Cəfəridən hazırlanmış losyonla saç dərisini yuduqda isə dəri sağlamlaşır.

Losyon aşağıdakı qaydada hazırlanır:

20 qram cəfəri 1 stəkan araqda sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. Sonra saçlar yuyulub yaxalanır və losyon baş dərisinin hər tərəfinə tökülür. Bu müalicə yağlı saçların yağlılığını aradan qaldırır, kəpəyin qarşısını alır.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR