Slimfit
  1. CƏMİYYƏT

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb
Sakura

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunub.

Ens.az-ın məlumatına əsasən,Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilib: "Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər".

"Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR