Slimfit
  1. DÜNYA

Ermənistan İranla münasibətləri inkişaf etdirməyə çağırıb

Ermənistan İranla münasibətləri inkişaf etdirməyə çağırıb
Sakura

Ermənistanın milli məclisinin sədr müavini İranla hərtərəfli münasibətlərin inkişafına çağırdı.

“İran və erməni xalqları arasındakı münasibətlər tarixi və mədənidir”, - Ermənistan parlamentinin sədr müavini Mikayel Melkumyan İndoneziyada keçirilən Dünya Parlament Assambleyası çərçivəsində İranın millət vəkili Nur Məhəmməd Torbatinecadla olan görüşündə deyib. 

Torbatinecad indoneziya adası Balidə keçirilən Dünya Parlament Assambleyasında İran Parlament nümayəndə heyətinə başçılıq edir. 

Bundan başqa, Ermənistan parlamentinin sədr müavini Tehranla Yerevan arasında ticarət, energetika, kənd təsərrüfatı və sənaye də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa təşviq etməyə çağırıb.

Eyni zamanda iranlı deputat öz tərəfindən ümid etdiyini bildirib ki, gömrük tariflərinə dəyişiklik yolu ilə İranla Ermənistan arasında ticarət dövriyyəsini inkişaf etdirmək olar.

 

Mənbə: İrna.ir

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR