Slimfit
  1. SİYASƏT

Ermənilərin Ağdam təxribatı - “Düz əyrini kəsər”

Ermənilərin Ağdam təxribatı - “Düz əyrini kəsər”
Sakura

Ermənilərin Ağdam təxribatı - “Düz əyrini kəsər”

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycana qarşı təxribatlarını mədəniyyət müstəvisində də davam etdirir. Ermənilər dünya ictimaiyyətinin qarşısında özlərinin dünyanın ən qədim xalq obrazını yaratmaq üçün arxeoloji terrora əl atırlar.

Buna görə də Azərbaycanın işğal altındakı rayonlarında qanunsuz arxeoloji qazıntılar aparmaqla tarixi saxtalaşdırmağa cəhd edirlər.

İşğal altındakı Dağlıq Qarabağ və ona bitişik rayonlarda aparılan arxeoloji qazıntı işlərinin son illərdə intensiv xarakter alması Ermənistanın başqa xalqın mədəniyyətinə olan hörmətsizliyinin göstəricisidir.

İşğal altında olan bölgələrimizdən birində - Ağdamda (ermənilər indi bu rayonu Tiqranakert adlandırırlar) qazıntılar zamanı tapılan antik şəhər və insan qalıqları Ermənistan alimlərində belə təəssürat yaradıb ki, ermənilər Qafqazda ən qədim xalqdır.

2005-ci ildən bu yana burada aparılan qazıntılar onu göstərir ki, Azərbaycanın işğal edilmiş əraziləri və tarixi abidələri saxtalaşdırılaraq “Böyük Ermənistan” xəyallarına alət edilir.

Ağdamda qazıntılar zamanı ortaya çıxan eksponatlar Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Lakin tarixi eksponatların sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur. Bu isə Azərbaycan tarixi abidələrinin istismarı deməkdir.

Ağdamdakı qazıntı işləri ilə Azıx mağarasındakı tədqiqatlar arasında analogiya aparanda məntiqi bir versiya irəli sürmək mümkündür.

Erməni mənbələri yazır ki, Azıx mağarasından götürülən nümunələr Avropada ekspertizadan keçdikdən sonra Ermənistana qaytarılıb.

Erməni tarixçilər isə belə bir fikrə gəliblər ki, Azıx mağarasında iki milyon il əvvəl qədim yaşayış məskənləri olub. Ermənistan hər cəhdlə sübut etməyə çalışır ki, guya Azıxda iki milyon il əvvəl ermənilər yaşayıblar. Bu qədər gülməli və absurd iddia!

Şübhəsiz ki, Ağdamdan tapılan nümunələrin də saxtalaşdırılacağını əminliklə söyləmək olar.

Ermənilərin apardığı arxeoloji qazıntı işləri beynəlxalq konvensiyaların prinsiplərinə ziddir.

“Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi haqqında” Haaqa Konvensiyasının 5-ci bəndinə diqqət yetirək.

Qeyd olunur ki, işğalçı dövlətdən, ələ keçirdiyi ərazilərin mədəni irsinin mühafizə edilməsi tələb edilir.

UNESCO-nun “Arxeoloji Qazıntılarda Tətbiq Edilən Beynəlxalq Prinsiplərə Dair Tövsiyə” sənədinin 32-ci bəndində göstərilir ki, işğalçı dövlət hərbi konfliktlər zamanı ələ keçirdiyi ərazilərdə arxeoloji qazıntı işlərindən çəkinməlidir.

Nəticə olaraq deyə bilərik ki, beynəlxalq konvensiyalara əsasən, işğalçı güc, maddi mədəni irsin dəyişdirilməsi, dağıdılması və qanunsuz ixracı ilə bağlı məsuliyyət daşıyır.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, ermənilər saxtakarlıqları planlı şəkildə edirlər.

Onun sözlərinə görə, Qriqoryan kilsəsi XX əsrin əvvəllərində erməni dövlətinin yaradılması istiqamətində iş aparıb.

“Erməni olmayan yerlərdə də Ermənistan dövləti yaratmaq üçün saxtakarlıqlar edirlər, saxta tarixlər yazırlar, onu ideologiyaya çevirirlər. Sonra da hərbi strukturların köməyilə həmin əraziləri tutmağa çalışırlar”, - deyə Q.Hacıyev deyib.

Tarixçi bildirib ki, ermənilərin tarixi saxtalaşdırmaq ideyalarına kömək edən qüvvələr var.

“Ermənilər həm tarixi abidələri dağıdırlar, həm də ona saxta tarix yazırlar. Ermənilər dünya qarşısında ağlaya-ağlaya öz ərazilərini genişləndirirlər. Tiqrana gəlincə, o, erməni yox, parfiyalıdır.

Ermənilər harada qədim mədəniyyət, tarixi şəxsiyyət varsa, utanmadan ermənilərin adlarına çıxmağa çalışırlar. Buna görə şər-böhtan da atırlar, saxtakarlıqlar da edirlər. Ermənilər indi Ağdama Tiqranakert deyir. Tiqranakert Sasani imperiyasının tərkibində satraplıq olub. Tiqran da həmin satraplığın rəhbəri idi. Ermənilər Tiqrana dünyanın 2-3 yerində heykəl qoyublar və deyirlər ki, oralar Tiqranın yaratdığı şəhərlərdir”.

Q.Hacıyev qeyd edib ki, ermənilərin iddialarının hamısı saxtakarlıqdır.

“Erməni xalqının əqidəsində mərdlik, düzgünlük yoxdur. Ermənilər və ermənipərəstlər yazacaqlar, iddialar atacaqlar. Amma həqiqətin bir üzü var - düz əyrini kəsər”, - deyə Q.Hacıyev əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR