Dərc edildi: Baxış sayı: 628
Erməni partiya sədri: “Paşinyan və onun hakimiyyətinə hesablanmış günlər qalıb”
“Paşinyan və onun hakimiyyətinə hesablanmış günlər qalıb”.
Ens.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Erməni Qartalları: Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistan yeni və radikal inqilabın həyata keçirilməsinin qarşısında dayanıb.
“Erməni cəmiyyəti artıq əmin olub ki, anti-xalq və anti-milli Paşinyan rejimi Ermənistanı qəsdən məhvə aparır. Paşinyan hakimiyyəti 2018-ci ilin hakimiyyət dəyişikliyindən əvvəl cəmiyyət tərəfindən qoyulmuş problemlərdən heç birini həll etməyərək əslində bütün problemləri çoxaldıb”, - deyə Asryan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət