Slimfit
  1. DÜNYA

Ərdoğan MHP ilə ittifaqın dağıldığını təsdiqləyib: “Hər kəs öz yolu ilə getməyə davam etsin”

Ərdoğan MHP ilə ittifaqın dağıldığını təsdiqləyib: “Hər kəs öz yolu ilə getməyə davam etsin”
Sakura

Ərdoğan MHP ilə ittifaqın dağıldığını təsdiqləyib: “Hər kəs öz yolu ilə getməyə davam etsin”

“Madam ki, MHP fərqli seçim edib, “biz yolumuza” deyir, biz də “hərə öz yoluna” deyərik”.

Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib. 

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin qarşıdan gələn bələdiyyə seçkilərində AKP ilə “Cümhur İttifaqı” formatında birgə iştirak etməyəcəkləri haqqında açıqlamasına münasibət bildirən R.T.Ərdoğan deyib ki, bu ittifaq uzun müddət üçün formalaşdırılıb: “Biz 2053, 2071-ci illər üçün ittifaq qurduq. Bunun üçün artıq baxış fərqlərini “Cümhur İttifaqı”nın üzərinə düşməsinə icazə verməməliyik. Biz bu ittifaqın ruhuna ziyan verəcək heç bir iş görmədik və görməyəcəyik. Millətimizin əmanəti olan “Cümhur İttifaqı”nı gündəlik siyasətdən üstün tutmaq istədik. Gördük ki, MHP fərqli seçim etdi. Madam “biz yolumza” deyirlər, biz də “hər kəs öz yoluna” deyirik”.

Qeyd edək ki, MHP-nin sədri Dövlət Bahçeli bu ittifaqın tərkibində bələdiyyə seçkilərində iştirak etməyəcəklərini deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR