Dərc edildi: Baxış sayı: 802
Ərdoğan dəniz quldurlarının hücum etdiyi gəminin kapitanlarından biri ilə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.
Bildirilib ki, Furkan Yaren ölkə başçısına gəminin hücumdan sağ qurtulan digər iki ekipaj üzvü ilə birlikdə Qabona doğru hərəkətdə olduğu məlumatını verib.
Ərdoğan isə öz növbəsində prosesi yaxından izlədiyini və girov götürülən digər ekipaj üzvlərinin xilas edilməsi üçün gərəkli bütün təlimatları verdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət