Dərc edildi: Baxış sayı: 292
Britaniya da hipersəs raketlərin istehsalına başlayır
Böyük Britaniya Rusiya, Çin və ABŞ-ı qabaqlamaq cəhdləri çərçivəsində 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və silahlanmaya qəbul etməyi planlaşdırır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Britaniya ordusu raketlərin 5 Max-dan sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.
“Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə sahəsində yeniliklərə qoyduğu böyük yeni investisiya sayəsində mümkün ola bilər”, - adı açıqlanmayan mənbə qəzetə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət