Ukraynanın itkiləri çoxdur, Zelenski sayı azaldır - KİV
Fevral ayında Vladimir Zelenskinin Ukrayna ordusunun itkiləri ilə bağlı açıqladığı rəqəmlər olduqca aşağı ola bilər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” adının çəkilməsini istəməyən ukraynalı deputata istinadla məlumat yayıb.
Nəşr bildirib ki, hərbi yardımdan sonra ABŞ administrasiyası diqqətini digər problemlərə, o cümlədən Ukraynanın daha çox ordunu səfərbər etmək cəhdlərinə yönəltmək niyyətindədir.
“ABŞ döyüşçü çatışmazlığı ilə bağlı söz-söhbətlərin həssaslığını anlayır, lakin Kiyev daha çox qüvvə səfərbər etmək və ukraynalıları cəbhə bölgəsinə getməyə ruhlandırmaq üçün bir yol tapmalıdır. Zelenski 31 min hərbçinin öldüyünü deməklə ordunun real itkilərinin sayını xeyli aşağı salır. Ukrayna rəhbərliyi itkilərlə bağlı məlumatları gizlədir, bunun artıq çətin gedən kadr və səfərbərlik səyləri üçün mənfi nəticələr verəcəyindən ehtiyatlanır”, - nəşr bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət