Slimfit
  1. CƏMİYYƏT

Onlayn oyunlara qoşulan 19 nəfərin kart hesablarındakı pullar oğurlanıb - saxlanılan var

Onlayn oyunlara qoşulan 19 nəfərin kart hesablarındakı pullar oğurlanıb - saxlanılan var
Sakura

Onlayn oyunlara qoşulan 19 nəfərin kart hesablarındakı pullar oğurlanıb - saxlanılan var

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarından 30 min manat oğrulanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məlumatda vurğulanıb ki, Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

"Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər", - deyə qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR