Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/İsmayıl xan

Ənvər Çingizoğlu - Qaradağlılar/İsmayıl xan
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/İsmayıl xan

Ismayıl xan Mustafaqulu xanın oğludur. Atasından sonra Qaradağın hakimi olmuşdu. Xanlığa başlayandan sonra Qarabağlı Ibrahimxəlil xanla ilişkini kəsdi. Çünki Ibrahimxəlil xan Xoy hakimi Əhməd xan Dünbili ilə əlaqəyə girib, Qaradağı bölüşmək istəyirdi. 1782-ci ildə Ismayıl xan Ibrahimxəlil xana vergi ödəməkdən imtina etdi. Ibrahimxəlil xan onun üzərinə qoşun göndərib, ödəməli olduğu vergiləri tələb etdi, lakin tezliklə geri qayıtmağa məcbur oldu. (Rus. MDTA, f. 82. Siy.1/194 iş 234, v.2) Ismayıl xan atası tərəfindən Ağaməhəmməd şah Qovanlı-Qacara girov verilmişdi. 1797-ci ildə şah sui-qəsd nəticəsində öləndən sonra Ismayıl xan Fətəli şahın tabeçiliyində qaldı. Fətəli şah Ismayıl xanı oğlu Abbas mirzənin xidmətinə verdi. Abbas mirzə Ismayıl xanı fərraşbaşı təyin etdi. Ismayıl xan Məhəmməd şah Qacarın da yaxın adamları sırasında idi. Ayaqlanmağa qalxan Xosrov mirzəni və Cahangir mirzəni tutub şaha vermişdi. Vəzir Qaemməqam Ismayıl xanı bir dəstə ilə Ərdəbil şəhərinə göndərmişdi. Ismayıl xan şahzadələri saraya gətirdi. Hər iki şahzadə kor edildi. Ismayıl xan Seyid Əliməhəmməd Bab hərakatını yatıranlardan biri idi. Şahın göstərişi ilə Azərbaycan ordusunun həyəcanlandırılmasında əli olan Fərraşbaşı Ismayıl xan 50 min tümən məbləğində cərimələndi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR