Slimfit
  1. MARAQLI

Ən varlı 1% sürətlə varlanmaqda davam edir

Ən varlı 1% sürətlə varlanmaqda davam edir
Sakura

Dünyanın ən varlı 1% insanları 2030-cu ilə qədər qlobal sərvətin üçdə ikisinə nəzarət edəcəklər.

Moneta.az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin hesabatında bildirilir.

Elit təbəqə hazırda dünya sərvətinin 50%-ni idarə edir, lakin bu rəqəm artmaqdadır.

2008-ci il maliyyə böhranından sonrakı trend davam edərsə, ən varlı 1% 12 ildən sonra qlobal sərvətin 64%-nə nəzarət edəcək.

Ən varlı 1%-in sərvəti illik 6% artır. Müqayisə üçün qeyd edək ki, dünya əhalisinin sərvəti illik 3% artır.

Belə davam edərsə, ən varlı 1%-in ümumi sərvəti 305 trilyon dollara çatacaq (2018-ci ildə bu rəqəm 140 trilyon dollardır).

Hesabatın müəllifi Leyboristlər partiyasından millət vəkili Liam Byrne qeyd edib ki,

“Biz iqtisadiyyatımızın işləmə qaydalarını yenidən yazmaq üçün addımlar atmasaq, o zaman qeyri-bərabər gələcək üçün özümüzü qınayacayıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR