Dərc edildi: Baxış sayı: 74
Avropa Liqası: “Qarabağ” “Lion”a məğlub olub
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Lion"un heyətində qolları Jorj Mikautadze (2 qol), Korentin Tolisso və Malik Fofana vurublar. "Qarabağ"ın yeganə qoluna isə penaltidən Olavio Juninyo imza atıb.
Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində bir qələbəsi olan "Qarabağ" növbəti görüşünü dekabrın 12-də səfərdə "Elfsborq"a qarşı keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət