Slimfit
  1. TEXNOLOGİYA

Ən sürətli elektron kağız hazırlanıb

Ən sürətli elektron kağız hazırlanıb
Sakura

Ən sürətli elektron kağız hazırlanıb

Elektron kağız istehsalı üzrə ixtisaslaşmış E Ink şirkəti özünün yeni məhsulu JustWrite - sıfır gecikmə ilə yazılması mümkün olan ekranını elan etdi.

Kindle rəqəmsal kitablar üçün elektron mürəkkəb üzərində displeylərin istehsalı ilə məşğul olan E Ink şirkəti yeni məhsulu JustWrite displeyini təqdim etdi, stilusun köməyi ilə sıfır gecikmə ilə yazmaq mümkündür.

Yeni displeyin necə işlədiyi tamamilə aydın deyil: onda şirkətin əvvəl istehsal etdikləri ekranlarda TFT panellərin istifadə edilməsi barədə məlumat yoxdur. E Ink yeni məhsulunun nümayişi üçün Yaponiyanın Tokio şəhərində keçiriləcək Connected Ink 2018 konfransını seçib. JustWrite-ın tətbiq yerləri barədə də məlumat verilmir: ola bilsin ki, yenilik gələcək planşetlərdə istifadə ediləcək.

Bununla belə, belə displeylə daha böyük cihazlar təqdim etmək olar: xüsusi interaktiv lövhələr (şirkətin qeyd etdiyi kimi, bu texnologiya ilə bir metrə qədər enə sahib ekranlar hazırlana bilər).

 

Mənbə: Bigmir.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR