Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - GERİ DÖNMƏYƏNLƏR - İKİNCİ HİSSƏ

Elşən İsmayıl - GERİ DÖNMƏYƏNLƏR - İKİNCİ HİSSƏ
Sakura

DİN SEÇİMDİR, MİLLİYƏT İSƏ QƏDƏRİMİZ! (milli-ideoloji, dramatik hekayə)

(3 hissəli milli-ideoloji, dramatik hekayə)

 

"AFRİN" ƏMƏLİYYATINA, "APREL DÖYÜŞLƏRİ"-NƏ, CÜMHURİYYƏTİMİZİN VƏ AZƏRBAYCAN ORDUSUNUN YARANMASININ 100 İLLİYİNƏ, TÜRKİYƏ VƏ BÜTÜN TÜRK DÜNYASI DÖVLƏTLƏRİNİN GƏLƏCƏYİ, TURAN BİRLİYİNİN VARLIĞI NAMİNƏ ÜMUMMİLLİ BİRLİYİMİZƏ HƏSR OLUNUR...

 

İKİNCİ HİSSƏ

 

“DİN SEÇİMDİR, MİLLİYƏT İSƏ QƏDƏRİMİZ!”

 

    BİRİNCİ HİSSƏNİN SON ABZASI: Komanda üzvləri sual dolu baxışlarla onu süzərək ətrafa, gələnlərə və üzərindəki zaman ayarlı bombaya baxmağa davam etdilər. Bombanın üzərindəki zaman isə elə hey insafsızca və tələsərək azalmağa qədəm qoymuşdu: 30-29-28-27... saniyələr getdikcə azalırdı...

 

    Mete Aydın beynini yoran xilas və tapşırığın uğurla bitirməsi haqqındakı düşüncələriylə mübarizə edərkən qəfildən otaqdakı vurulan düşmən agentlərindən birinin hələ ölmədiyinin fərqinə vardı. Kürd mənşəli bu adam sinəsindən ağır yaralansa da, xeyli qan itirsə də bir müddət huşsuz halda qaldıqdan sonra ayılmışdı. Və indi o, digərlərindən daha çox yaşam eşqinə bağlı idi. Rəhbərliyin və xarici “dostların” əmrlərisə deyəsən heç vecinə də deyildi. Odur ki, Mete Aydının anidən onun yaxasına yapışması və bombanın zərərsizləşdirilməsi barəsində ona suallar verməsi sanki yaşamağa az da olsa ümid yaratdı və o, zarıya-zarıya hər şeyi bir neçə saniyədə Meteyə başa sala bildi. Bombanın son 10 saniyəsində Mete onu zərərsizləşdirdi və masa üzərində bayaq gördüyü xüsusi dövlət əhəmiyyətli sənədi də götürərək adamlarına dərhal məkanı tərk etmə əmri verdi. Terrorçu isə yenə huşunu itirdi. Mete onun öldüyünü yəqin edərək arxasına belə baxmadan adamlarıyla birlikdə sürətlə qaçaraq məkanı tərk etdi.

 

    Uzaqdan gələn və sürətlə məkana yaxınlaşan Suriyalı terrorist qrup Mete Aydın və onun komandasını ayırd edənə qədər hər şey həll olundu: məkanın yaxınlığında qum təpəciklərində gizlənməyə macal tapan Türk kəşfiyyatçıları təxminən 30-50 nəfər arası olan dini radikallara qarşı atəş-hücum əməliyyatına başladılar və öncəkilər kimi bu düşmən dəstə də sırayla, qəfil atılan güllələrlə gəbərməyə qədəm qoydular, ta ki komandanın silahlarında güllə bitənə qədər...

 

    Sağ qalan və hücuma cavab verə bilən düşmən sayı 20-ni keçirdi. Metegilin vəziyyəti isə deyəsən yaxşı deyildi. Düzdür, hələ ki kimsə yaranlanmasa da, bundan sonrası üçün bir şey demək çətin olacaqdı. Elə bu an gənc kəşfiyyatçı Mete Aydının ağlına nəticəsi əla, həyata keçirməsisə olduqca çətin bir plan fikri gəldi. Bədbəxtçilikdən bu planı isə komandaya başa salmağa vaxt yox idi. Artıq düşmən güllələri qumluqda məharətlə gizlənmiş Türk kəşfiyyatçılarını sanki “axtarış əməliyyatı keçirirdi”, yəni bir-bir onların ətrafında partlayır, tezliklə bu səhranı cəhənnəmə çevirməyə cəhd edirdi. Ona görə komandir adamlarına yalnızca:

 

  • Yerinizdən tərpənməyin, gəlirəm – deyə, nisbətən uca səslə səslənərək bayaq zərərsizləşdirdiyi bombanın olduğu binaya doğru sürətlə qaçmağa başladı.

 

    Kəşfiyyatçılar onun bu ani qəhrəmanlığına heyran qalaraq sağ qalması üçün içlərində dua etməyə başladılar. Mete Aydınsa o qədər cəld və sıçrayış tərzi davrandı ki, düşmən silahlılarının onu görüb gülləboran etməsinə imkan olmadı. Cəmi bir neçə saniyədə Mete həmin otağa gəlib çatdı və bombanı yerindən tərpədərək kiçik bir hərbi çantada özüylə götürdü. Bomba qismən zərərsizləşdirilsə də, yəni zaman ayarı və uzaqdan idarəedilən sistemi pozulsa da, hazırda bir mina xarakteri daşıyırdı. Ona görə də gənc kəşfiyyatçı terrorçuları məhz bu yolla öldürməyi qət etmişdi.

 

    Partlama gücü və dağıdıcı qabiliyyəti olduqca yüksək olan və PKK-nın əsas mərkəzi aparatında xüsusi bacarıqlı, milliyətcə xarici mütəxəssis tərəfindən hazırlanan bomba təxminən 20-30 nəfəri öldürməyə qadir idi. Bunu Xüsusi Akademiyada təhsil aldığı zaman hərbi texnika sahəsi üzrə geniş biliklərə yiyələnən kəşfiyyatçı Mete Aydın bombaya ilk dəfə baxdığı anda markasını əzbərlədiyi üçün yaxşı bilirdi. Odur ki, düşmənin məhvini qətiləşdirmək üçün (bombanın partlaması və ya daha zəif nəticə vermə ehtimalı müqavilində) məkandan sürətlə uzaqlaşdıqdan sonra (baxmayaraq ki, bu səfər düşmən onu gördü və güllə yağışına tutdu, ancaq bacarıqlı və dərrakəli kəşfiyyatçı xüsusi qaçış – ziqzaq tərziylə onları çaşdıraraq gizlənəcəyi yerə gəlib çıxa bilmişdi) ehtiyat üçün qabaqcadan özüylə götürdüyü iki əl qumbarasını da xüsusi lentlə bombaya sarıyaraq ani bir qərarla yüksək səslə:

 

  • Başınızı əllərinizin arasına sıxın və qulaqlarınızı, gözlərinizi qoruyun – deyərək, adamlarına doğru bağırdı və bombanı terrorçulara sarı var-gücüylə tulladı.

 

    Məkanda elə bir güclü partlayış oldu ki, nəinki bütün terrorçular gəbərdi, hətta görüş üçün hazırlanmış olan müvəqqəti qərargah da onlarla birlikdə yerlə-bir oldu. Türk kəşfiyyatçılarınınsa ancaq bir müddət partlayışın gücündən qulaqları müvəqqəti tutuldu. Sonda adamları ilə birlikdə ölən terrorçuları və dağılan binanı seyr edən Mete Aydın sinəsinə doğru sıxdığı – binadan götürdüyü sənədə, ardından qolundakı Türk bayrağı simgəsinə baxaraq qürurla gülümsəyirdi... 

 

    Bir həftə sonra... İstanbul... Axşamçağı sərin dəniz havasından və olduqca əsrarəngiz boğaz mənzərəsindən yüksək dərəcədə həzz alan Mete qəfildən arxasında peyda olan kölgənin varlığıyla birlikdə gərilsə də, sonradan onun komandiri Kürşad Ercan olduğunu biləndə rahatladı. İki kəşfiyyatçı on dəqiqə sonra sahildə yeriyərək söhbət edirdilər:

 

  • İraqdakı uğurlu əməliyyatın rəhbərliyimizi və dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi bir o qədər hiddətləndirmişdir. Araşdırdığımız və əldə etdiyimiz məlumatlara əsasən, siz hücuma keçərkən qarşılaşdığınız birinci qrup rusların adamı – yəni, uzun illərdir bir çox təhlükəsizlik orqanı və tərəfimizdən axtarılan, qatı cinayətkar, keçmiş hərbçi, indiki silah baronu, FSB-nin agenti olduğu təxmin edilən “Saşa” ləqəbli Aleksandr Kremakovun, ikinci dini radikal qrup isə İran agenti, SEPAH-ın hazırkı generallarından olan “Mirzə” ləqəbli Məniçöhr Gilani-nin adamları olub. – deyə, Kürşad bəy qətiyyətlə bildirdi.

 

  • Bəs bombanın orda nə işi vardı? Və hər iki qrup görüşəcəkdisə, onları öldürmək istəyən üçüncü tərəf kimdir? – vəziyyəti anlamağa çalışan gənc kəşfiyyatçı Mete haqlı olaraq soruşdu.

 

  • Həmişəki kimi çox səbirsizsən, Mete – gülümsəyərək gözlərini xəfifcə qıyan komandir ciddiləşərək davam etdi – məsələ burasındadır ki, heç bir üçüncü tərəf filan yoxdur!

 

  • Necə? – təəccüblə və sula doğru baxışlarla Mete öz komandirinə baxdı.

 

  • Bilinənin əksinə, əksər hallarda müttəfiq olan Rusiya və İran kəşfiyyatı bəzi şəxsi maraqlara görə eyni zamanda rəqibdirlər və bu onların ilk qarşıdurması deyil. Sizin əməliyyatınızdan tamamən xəbərsiz olan düşmən müəyyən razılaşmalar və müzakirə bitdikdən sonra orada bir-birini öldürəcəkdi. Gələn ilk qrupun içində eyni zamanda Rusiya və İran agenturasının olduğunu nəzərə alarsaq, məntiqi nəticəmiz belədir ki, ruslar hər şey bitdikdən sonra farsları öldürəcəkdilər. Və sənin gətirdiyin o sənəddə də məhz iki tərəfin mövqe savaşının olduğu aşkarlandı.

 

  • Onda belə çıxır ki, sonradan gələn dini radikal qrup da öncədən baş verəcəkləri təxmin edən İran kəşfiyyatının əmrinə görə rusları öldürməliydilər. Farslardan daha ağıllı davranan ruslarsa hər ehtimala qarşı bombanı qabaqcadan ora qoymuşdu ki, o məkana yığışan bütün fars agenturası məhv olsun! Yəni düşmən tərəflərin hər ikisi hər şeyi ən xırda detalına qədər hesablayıb. – deyə, Mete Aydın məntiqi analizilə komandirindən geri qalmaq istəmədi.

 

    Olduqca peşəkar və dərin xidməti biliklərə malik olan Kürşad Ercan da yetirməsinin dərrakəsinə heyranlığını gizlətməyərək razılıqla gülümsəyib davam etdi:

 

  • Bəli. Məsələ bax beləcə aydınlaşdı.

 

  • Bəs o sənəd Türk dövlətçiliyi baxımından nə dərəcə dəyərlidir? – Mete beynini durmadan narahat edən sualların tam cavabını alaraq rahatlaşmaq istəyirdi.

 

  • Sənəddə Yaxın və Orta Şərqin, eləcə də Asiyada yerləşən dövlətlərin, yəni Türk dövlətçiliyinin yaxın gələcəyini qapsayan bir çox təhlükəsizlik məsələsi qeyd olunub. Xüsusilə hərbi və kəşfiyyat mərkəzlərinin, qlobal iqtisadi zonaların əsas məntəqələrinin adları diqqətimizi çəkdi.

 

  • Belə çıxır ki, düşmən dayanmaq bilmir və bizim uğurlarımızı gördükcə daha iyrənc əməllərə əl atmağa çalışır?

 

  • Bəli, Mete, elədir ki var. “Aprel döyüşləri” və Türkiyənin son zamanlar Yaxın və Orta Şərqdə terroru bitirmə məqsədi daşıyan irihəcmli hərbi əməliyyatları Rusiya və İranın, eləcə də onlarla əlaqədə olan bir çox qüvvələrin ciddi narahatçılığına səbəb olub. Bu narahatçılıq da, arxa planda kəşfiyyat orqanlarının soyuq savaşına, onları idarə edən qüvvələrin ciddi qarşıdurmasına gətirib çıxarır...

 

    Kürşad bəyin bu sözlərindən narahat olan Mete hövlanak soruşdu:

 

  • Bəs biz nə edəcəyik?

 

  • Düşməni hər sahədə qabaqlamaq, ona öz gücümüzü göstərmək və dostlarımızı ruhlandırmaq üçün təcili və daha sərt addımlar atmalıyıq, atacağıq da...

 

    Metenin sual dolu baxışlarına Kürşad bəy:

 

  • Son zamanlar Türkiyə və Azərbaycanda dini radikalizm cəhdləri güclənməkdədir. Düşmən bununla demək istəyir ki, nə edirsiniz edin, evinizin çölünü də yandıracam, içini də... Biz isə sağ qalmaq üçün bu odun mərkəzini yox edəcəyik! – cavab verdi.

 

  • Yəni?

 

  • Eyni zamanda Tehrana və Moskvaya güclü təsiri olan böyük bir mesaj verəcəyik. Və bu mesajı verərkən də, sürətlə və tam gizli şəkildə digər bütün layihələrimizi həyata keçirəcəyik. Düşməni yubadmaq, yıpratmaq və bizimlə razılaşması üçün qorxmadan, çəkinmədən qətiyyətli addımlar atacağıq.

 

    Mete yenə komandirini sual dolu nəzərlərlə süzürdü.

 

  • Lazım gələrsə, terroru səbəbkarların paytaxtlarına daşıyacağıq. – deyə, Kürşad bəy sərt üz ifadəsiylə adamına vəziyyətin nə qədər ciddi olduğunu sanki bir daha xatırlatmaq istədi.

 

  • Əmr verin, komandir! Mən və komandam, sizin bir əmrinizlə ölümə tam hazırıq! – Mete bir qədər emosionallıqla cavab verdi.

 

    Razılıqla gülümsəyib əlini Metenin çiyninə qoyan Kürşad Ercan növbəti əməliyyatlar haqqında Meteyə danışmağa başladı... Təxminən yarım saat sonra ayrılan cütlük hərəsi bir istiqamətdə maşınlarına oturaraq gözdən itdilər.

 

    Meteninsə qulaqlarında hələ də komandirinin dediyi son sözlər səslənirdi sanki:

  • DİN SEÇİMDİR, MİLLİYƏT İSƏ QƏDƏRİMİZ! Millətimiz gələcək rifahı və düşmənlərinin məkrli planlarını alt-üst etmə naminə gərək bu cümləni qulaqlarına sırğa etsin, heç vaxt yaddaşından çıxartmasın! Bizim ulu babalarımız, görkəmli dahi şəxsiyyətlərimiz hər zaman törəsinə, dininə, inancına sadiq olsa da, bir şeyi yaxşı biliblər ki, dini etiqadı nə olursa olsun, damarında Türk qanı axan hər kəs qardaş, hər kəs doğmadır. Və doğmalarının istiqbalı naminə hər şeyi gözə almaq gərəkməkdədir. Çünki dünyada Türk milliyyətçiliyini digərlərindən fərqləndirən əsas xüsusiyyət, hər şeydən öndə qutlu törənin, müqəddəs ailə dəyərlərinin, soyun, elin, dövlətin milli maraqlarının durmasıdır. Türk milliyyətçisi hər zaman ailəsinə, soyuna, qan və dil qardaşına sahib çıxmalıdır! Onunla eyni kökdən olanlar və eyni dili danışanlarla daim birlik, böyük müttəfiqlik içində olmalıdır! Ancaq o zaman düşmənin parçalayıcı, bölücü və müxtəlif mövzularda apardığı məkrli siyasətinə qalib gələ bilər. Necə ki, doğulduğumuz zaman hələ dini etiqadımız olmasa da, şərbət kimi şirin, bulaq suyu kimi təmiz, saf, ana laylası qədər əziz Türk dilimiz var olur. Dilimizi, elimizi, soyumuzu, ailəmizi, millətimizi və dövlətimizi qoruyub inkişaf etmək üçün bizi ayırmağa çalışan, xarici düşmən qüvvələrin dəyirmanına su tökən, müxtəlif məqsədli və planlı şəkildə yayılan dini məzhəb, təfriqələrdən uzaq durmalıyıq. Zatən var olan bütün dinlərdə və məzhəblərdə Tanrı birdir. Və o Uca Yaradan hər zaman həqiqəti görməyimizi, onun ədaləti, sevgisi və mərhəməti naminə bölünmək deyil, birləşmək amalını mənimsəməmizi istəmişdir...

 

    Bir neçə gündən sonra Mete Aydın öz gənc komandası ilə yeni əməliyyata tam hazır idi. Sırada Tehran və Moskvada baş tutacaq xüsusi əməliyyatlar var idi. Hədəflər isə çoxdan bəlli idi: qatı cinayətkar, keçmiş hərbçi, indiki silah baronu, FSB-nin agenti olduğu təxmin edilən “Saşa” ləqəbli Aleksandr Kremakov və İran agenti, SEPAH-ın hazırkı generallarından olan “Mirzə” ləqəbli Məniçöhr Gilani...

 

    Günəşin al şüaları bir o qədər əsrarəngiz gözəlliyə məxsus Xəzərin dalğalarını yenicə boyamağa başlamışdı ki, bir vacib xəbər ölkə gündəmini sarsıdı: gecə yarısı Qarabağda düşmən böyük sərhəd pozuntusuna cəhd etmiş, rəşadətli Azərbaycan Ordusu 2 şəhid vermişdi. Ardından Lənkəran-Astara bölgəsində radikal dinçilər kiçik bir qrupla rayon rəhbərliyinə hücum təşkil etmiş, rəhbərlik daxil bir neçə dövlət qulluqçusu xəsarət almışdı. Dövlət qurumları və xalq bu bədbəxt hadisələrdən baş açmağa macal tapmamış qardaş Türkiyədən acı xəbər gəldi: etnik bölücü terrorist qrup ölkənin şərqində bir polis bölməsini basmış və tərəflər arasında xoşagəlməz insident yaşanmışdı. Və nəticədə digər hərbi, kəşfiyyat, polis orqanlarının yardımıyla bütün terrorçular qısa zamanda zərərsizləşdirilsə də, qarşıdurma zamanı can qardaşlarımız 4 şəhid vermişdi. Eyni zamanda Kərkük və Mosulda Türkman qardaşlarımızla kürd peşmərgələri arasında atışma da baş vermiş, 3 Türkman vətən uğrunda şəhid olmuşdu. Bütün bu olanlarlarsa, deyəsən düşmən kəşfiyyatının İraqdakı gizli əməliyyatdan xəbər tutmasından (sadəcə belə ehtimal edilirdi) sonra Türklərə bir cavab sayılırdı. Artıq Mete və adamları qatılacaqları yeni əməliyyatlarda daha kəskin və sərt addımlar atacaqdılar. Rusiya və İran agentlərini dəhşətli ölüm gözləyirdi. Bunu da əməliyyata getdikləri zaman Meteyə komandiri xüsusi hərbi telefon vasitəsiylə dönə-dönə tapşırmışdı.

 

    Deyəsən Metenin əməliyyat zamanı əldə etdiyi sənəd bir nüsxə deyildi. Və düşmən elə o sənəddəki xəritədə qeyd olunan məkanlara hücum edirdi. Artıq heç bir çarə qalmamışdı. Aleksandr Kremakov və Məniçöhr Gilani mütləq dərhal ya həbs edilməli, ya da öz ölkələrinin rəhbərliyinə böyük bir mesaj olacaq tərzdə dəhşətli ölümlə cəzalandırılmalıydılar.

 

    Bütün bu qarışıq cansıxıcı olaylara sonda biri də əlavə olunacaqdı ki... Mete və onun igid komandası vaxtında müdaxilə etməyi bacardılar... “Allahu-Əkbər” sədaları altında yeni dini radikal qrup sərhəddəki bir Türk kəndinə soxulmuşdu... Hadisə tam olaraq belə baş verdi... Hələ fəqir kənd əhli yuxudaykən...

 

İKİNCİ HİSSƏNİN SONU...

DAVAMI NÖVBƏTİ YAYIMDA...

 

ELŞƏN İSMAYIL

19-21 İyul 2018

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR