Dərc edildi: Baxış sayı: 815
Elnarə uşaqlara nağıl oxudu
Müğənni Elnarə Xəlilova eşitmə məhdudiyyətli uşaqlar üçün nağıl oxuyub.
Lent.az xəbər verir ki, “Araxçın MMC” və ”Silent Communication” tərəfindən həyata keçirilən “Nağıl vaxtı” layihəsinin məqsədi eşitmə məhdudiyyətli uşaqları maarifləndirməkdir.
Elnarə balaca dinləyicilərinə “Sehrli papaq” nağılını oxuyub. Nağılı işarə dilinə təlimçi və işarə dili mütəxəssisi Könül Quliyeva tərcümə edib. Təşkilatçılar
layihənin hər ay davam etdiriləcəyini bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət