Əli Məsimli: “Kredit risklərinin sığortalanması haqqında qanun"a ehtiyac var”
“Azərbaycanda “kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var”.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlərlə bağlı mümkün gərginliyi azalda bilər.
Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.
Ə.Məsimli həmçinin təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsini təklif edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət