Dərc edildi: Baxış sayı: 285
Əli Əsədov: “Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi”
Azərbaycanda əkin sahələrinin selləmə kimi suvarılması dövrü başa çatıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
“Bu il sudan istifadənin həcmi 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə 2,1 dəfə çox - 44 milyard kubmetrdən artıq olacaq. Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır” - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət