Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əhvalı yüksəldən 5 məhsul

Əhvalı yüksəldən 5 məhsul
Sakura

Əhvalı yüksəldən 5 məhsul

Çoxları gərgin gündən sonra stressdən şirniyyat yeyir, lakin böyük miqdarda yemək zərərlidir. Bundan başqa depressiya və həyəcandan əziyyət çəkənlərə kömək etməyəcək. Lakin alimlər aşkar etdi ki, bəzi məhsullar beynin işləməsinə yaxşı təsir edir və pis əhvalla mübarizə aparır.

 

Dənli bitkilər

Dənli bitkilərin tərkibində serotonin və melatonin hormonlarının ifrazı üçün lazım olan çoxlu triptofan və amin turşular var. Serotonin əhvalı yüksəldir və rahatlandırır, melatonin isə yuxunun mərhələlərini nizamlayır. Araşdırma məlumatlarına görə tərkibində çoxlu miqdarda dənli bitkilər, meyvə və tərəvəzlər olan dietalar əhval düşüklüyü, narahatlıq və depressiyanı azaltmağa kömək edir.

Qoz-fındıq

Yunan və pekan qozu iltihaba qarşı yağlı turşularla zəngindir ki, onlar narahatlıq və depressiya simptomlarını yumşaldır. Xüsusilə çiy qoz xeyirlidir, çünki onların tərkibindəki maddələr öz effektivliyi tam saxlayır.

Biokimyaçı və dietoloq Barri Sirs (Barry Sears) badam və qoz yeməyi məsləhət görür, çünki onların tərkibində sakitləşdiri effekti olan maqnezium var.

Anakardiya da xeyirlidir: onun tərkibində dəmir, maqnezium, B6 vitamini, zülallar, aminturşular və omeqa-3 yağlı turşular var. Həmçinin anakardiyanın tərkibində serotoninin ifrazı və həzmi üçün triptofan var.

Böyürtkən

Tərkibində antioksidantlar olduğuna görə böyürtkən həyəcan və depressiya ilə mübarizə aparır. Bundan başqa onda çoxlu C vitamini var ki, bu da həyəcanın azalmasına səbəb olan kortizolun səviyyəsini aşağı salır. Son araşdırmaya əsasən böyürtkən həmçinin depressiyanın genetik və biokimyəvi simulyatorlarını belə ləngidir və posttravmatik sindromlu insanlarda  intihara meylliliyi azaldır.

Süd məhsulları

Həyəcan hissi əsasən qanda şəkərin aşağı düşməsi ilə əlaqədardır. Lakin bu o demək deyil ki, şirniyyat yemək lazımdır. Ən yaxşısı şəkərsiz süd məhsullarıdır. Qatıq kimi məhsullarda zülal və karbohidrat nisbəti düzgündür, bu da şəkərin səviyyəsini normallaşdırmağa kömək edir.

Uşaqlar və ailə cütlükləri ilə əlaqədar işlər üzrə müxətəssis və məşhur psixoterapevt Fren Uolfiş (Frand Walfish) öz pasientlərinə həyəcandan qurtulmaq üçün süd, pendir, qatıq və dondurma məsləhət görür. Nənələrimizin yatmazdan əvvəl bir stəkan isti süd içmək məsləhəti əbəs deyilmiş. Bütün süd məhsullarında triptofan var ki, o da heç bir dərman olmadan sakitləşməyə və rahatlanmağa kömək edir.

Acı şokolad

Acı şokolad - əla təbii antidepresantdır. Onun tərkibində daha sonra neyromediator dofamin formalaşan amin turşusu tirozin var. Dofamin isə birbaşa bizim emosional vəziyyətimizlə bağlıdır, belə ki o beyində məmnunluq mərkəzini stimullaşdırır.

Şokoladın tərkibindəki kakao əhvalı yüksəldən serotoninin ifrazına səbəb olur. Bundan başqa acı şokolad kortizolun səviyyəsini azaldır ki, bu da stress və depressiyanı aradan qaldırır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR