Slimfit
  1. CƏMİYYƏT

Hökümənin anası: "Qızım sərnişinləri atası və anasından üstün tutdu"

Hökümənin anası: "Qızım sərnişinləri atası və anasından üstün tutdu"
Sakura

Hökümənin anası: "Qızım sərnişinləri atası və anasından üstün tutdu"

"Qızım sərnişinləri atası və anasından üstün tutdu".

Ens.Az xəbər verir ki, bu fikirləri "Unikal"a açıqlamasında stüardessa 33 yaşlı Hökümə Əliyevanın anası Kəmalə Alıyeva deyib:

"Dünən səhər şəhərə gedirdik. Yoldaşı qardaşına zəng elədi ki, Hökümə işlədiyi təyyarə qəzaya uğrayıb. Biz evə qayıtdıq. Mənə heç nə demədilər. Sonra söylədilər ki, Hökumə qəzaya düşüb. Bununla da belim qırıldı. Qızım ali təhsilli idi. Hökümə 2016-cı ildən AZAL-da işləyirdi. Mən qızımla fəxr edirəm".

Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci il təvəllüdlüdür, ailəlidir, övladı yoxdur. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib və 2016-cı ildən hava yollarında çalışırdı.

Xatırladaq ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bugünkü məlumatında H.Əliyevanın cəsədinin aşkarlandığı bildirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR