Slimfit
  1. TARİX

Əhsənül-Qəvaid - "Əkinçi", 28 aprel 1876, №8/Məktubat

Əhsənül-Qəvaid - "Əkinçi", 28 aprel 1876, №8/Məktubat
Sakura

Əhsənül-Qəvaid - "Əkinçi", 28 aprel 1876, №8/Məktubat

C ə v a b i-Ə h s ə n ü l-Q ə v a i d. Ey Əhsənül-Qəvaid ilə müləqqəb olub, şüəranın əş’ari-abdarında olan mühəssənat və lətaifi dərk etməyib, tə’nə və tovbix zəbanın açan kimsə, məlum olur ki, dərki-məzamini-əş’arda zövqi-səlim və təb’imüstəqiminiz yoxmuş ki, mədh və qədhi-şüəra pəsəndi-xatiriniz olmayıbdır.

Görünür ki, şüəranın şərab mədhi və şahidü səfa damağınıza dəyibdir. Əziza, mə’zur söz ki, ol məzaq hələ sirlərdə büruzə gəlməyibdir, mən ləmyəzuq və ləm yə’rif 101 . Cənab şeyx Bəhayi ki, müctəhi-dini ə’zəm cümləsindəndir, şahid vəsfində və eşqbazlıq mədhində buyururlar:

Məsnəvi

Küllü mən ləm yə’şuqü vəchül-həsən
Qərribül-cüll ileybi vərrəsən.
Hər kira dər sər nəbaşəd eşqi-yar
Bəhri-u palanü əfsar biyar.

Və Əbu Əli Sina ki, rəisül-üləma ləqəbilə məşhurdur, şərab vəsfində buyururlar:

Nəzm

Ğizayi-ruh bəvəd badeyi-rəhiqül-həqq,
Ki rəngü buş künəd rəngi-buyi gülra dəq.
Betə'mi-təlx, çu pəndi-pədər və leyk müfid
Bənəzdi-batil mübtil, bənəzdi-dana həqq.

Və cənab ġeyx Sədi ki, e'rafül-ürəfadır, şahid vəsfində buyururlar:

Fərd

On nə zülfəstü binaguş ki ruzəstü şəbəst
Von nə balayi-sənubər ki, dirəxti-rütəb əst.

Və cənab Mövlana Xacə Hafiz ki, Lisanül-ğeyb namilə hər bir lisanda məzkurdur, buyururlar:

Fərd

ġeyxəm bətə'nə güft həraməst mey məxor,
Güftəm ki, huşü guş behər xər nəmikünəm.

Və cənab Əmirəlmö’minin əleyhüssəlam bir nəfərin həcvində buyururlar:

Şe'r

Ləqəd rəbbeytu cirvən tulə dəhrin
Fələmma sarə kəlbən əzzə ricli.

Pəs sizin fərmayişatınızdan mə’lum olur ki, bu büzürgüvarlar ki, biri şərabı və biri şahidi vəsf edibdilər, nəuzübillah bunlar cümlə bimərifət və bikamal kimsənələrdir ki, nə üçün biri şərab və biri şahid vəsfini edibdirlər və xəlyaqi gumrah edib zəlalətə salırlar.

Əzizim, pəs gərək siz bu diqqəti və bu nüktəgirliyi xudavəndi-aləmə edəydiz ki, o da şərab vəsfin və şahid vəsfin Quranda bəyan edibdir. ġərab vəsfində buyurublar: Ənharün min xəmrin ləzzətün liş-şaribin.

Və əmaridi-vildan xüsusunda buyururlar: vildani-müxəllədun.

Arifa, müşahidə olunur ki, siz xəlaiqə xudavəndi-aləmin hər əmr və nəhyin icra etmişsiz, ancaq şüəraya nəsib etmək fəqərəsi qalıbdırmış ki, onu da iblağ etdüz. Çox sağ olasuz, Allah taala bu təbliğ əvəzində siz cənaba şərabi-təhur və hur, qüsur kəramət eləsin, amin, ya müin.

Və xatimeyi-kəlamda əşşüəra yəttəbi'ühümül-ğavun 109 ayəsinə iktifa etmişdüz, amma illəl-ləzinə amənu 110 istitasın bilmərrə xatirənizdən məhv və fəramuş etmişdiniz. Bu əmr ona bənzər ki, laila ki kəlmeyi-nəfydir, zikr edəsən və kəlmeyi-illəllah isbatdır zikr etməyib xamuş olasan.

Ümidvaram ki, minbə’d belə cəsarətləri edib şüəranın həcv lisanların üzünüzə açmıyasınız, zira ki:

Çü şair berəncəd beguyəd həca,
Həca ta qiyamət bemanəd bəca.
Vəssəlam, əla mən ittəbəəl-hüda.

Şüərayi-ərbəeyi-Şirvan

10-c u f ə s i l. Əcamir-ovbaşlıq şəcəreyi-xəbiseyi-cəhalətin əsmarındandır ki, tərbiyət və elm görməyib bişüğl, bikar olub mütabiət həvayi-nəfsilə ətfalın dalınca düşüb onları özlərinə cur etmək istərlər. Onların ənva, əqsam şaxkarları var. Əz-cümlə mürəbbiləri müttəhim və onlara bədguluq edirlər və həm övladın ustad və mürəbbi xidmətinə qoyan adamlara və xudi-ətfala töhmət və bədguluq binası qoyub, onları töhmət və qeyr şərarətdən qorxuzmaq ilə ətfalı bikar edib, özlərinə cur etsinlər və bəzi avam adam onlara şərik olub, bir kamil şəxsin yanında sadə adam görəndə sui-zənn edib əmr beməruf nəhy əzmünkər təriqin bilməyəbilməyə əmri-mə’rufluq binası qoyub töhmət və qiybətə mürtəkib olullar. Ey qardaş, özgə üçün zənni-mə’siyət etmək ilə özünü nə üçün mə’siyətə salırsan, bir vahimə ilə min fəsada razı olursan? Məsələn, mənim bir oğlum var və lazımdır tərbiyət və tə’lim tapsın. Tifil həm tərbiyət olmaq vaxtında sadə olur və mən özüm tərbiyət edə bilmirəm. Labüd gərək ustad və mürəbbiyə süpordə edəm. Əlbəttə, namə’qul kəsə süpordə etmək olmaz və mə’qul və kamil əşxas xalqın töhmət və bədguluğuna binaən qəbul etməz. Lihaza o tifli-biçarə bikar və sərgərdan qalıb əcamir-ovbaşlar ilə ülfət edib onlar kimi olur. Ondan binayi-bədguluq qoyub deyirlər ki, filankəsin oğlu əcamir oldu. Ey qardaş, tifil nə etsin, siz işi ol məqama yetirdiniz. Pəs bərfərz, mürəbbidə bir zənni-xəyanət olsa, bikarlıqda min fəsad var. Laməhalə mürəbbidə axir bəxeyir və bikarlıqda axir bəşər olur ki, heç bir şəriətdə ətfal və mürəbbiləri müttəhim etmək olmaz. Belə ki, ayeyi-şərifdə buyururlar: innə bə’zəz-zənni əsəmün və genə buyururlar: La təcəssüs və la yəğtəb. Cəmi miləl qanuni-şəriətlərinə əməl edirlər. Mürəbbi və ətfalı müttəhim etməyib ütlübül-elmə min əl-məhdi iləl-ləhdi116 fərmayişinə əməl edib 5 yaşından 100 yaşınacan təhsilielm və tərəqqi tapmağa səy edirlər. Bizdə qanuni-şəriət işlənmədiyinə binaən xalq daim bir-birin biabır etmək, həvayi-nəfs ilə rəftar etmək ilə təhsili-kəmaldan ol qədr uzaq olmuşuq ki, şüəranın batil sözləri qafiyə və nəzm ilə deməyin kəmal bilirik. Qərəz, bizim sərgərdanlığımız elmsizlikdən və qanuni-şəriətin möhkəm və müntəzəm olmağındandır. Pəs şəriət bilatəşbih maşın kimidir ki, işlər cəmiən gərək o maşından çıxsın ki, xalq bir qayda ilə rəftar etsin. Necə ki maşın işləri qaydaya və ənzadəyə gətirir, şəriət xalqı dolandırmaq və onları əndazə və qaydada salmaq maşınıdır ki, xalq əmniyyət ilə ülumi-məaşi-əbdanlarına tərəqqi verib cəhalət və fəqr oduna yanmasınlar. Necə ki namaz dinin sütunudur, habelə qanun, qəvaid şəriətin intizamı, millət dövlətin payidarlığının sütunudur. Elə ki nəzmi-şəriət möhkəm oldu, xalq yamanlıq edə bilməz və yaxşılıq dalıyca gedər. Pəs gərək xalq bədgulara e’tina etməyib övladların tərbiyətə qoysunlar və elm, miknət sahibi olan kəslər din qardaşlarının övladın öz övladı tək tə’lim və tərbiyət edib atəşi-cəhalətə yanmağa qoymasınlar. Bundan yaxşı nə olur ki, insan birin ehya edə? Bir din qardaşının övladın tərbiyət edib, əcamir ovbaşlıqdan saxlamaq, məgər onu ehya etmək deyil?

Gələn fəsil ticarətdən yazılacaq.

Əhsənül-Qəvaid

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR