Slimfit
  1. MARAQLI

Edamına gəlinliklə gedən ilk qadın seriyalı qatilin tük ürpərdən hekayəsi

Edamına gəlinliklə gedən ilk qadın seriyalı qatilin tük ürpərdən hekayəsi
Sakura

Edamına gəlinliklə gedən ilk qadın seriyalı qatilin tük ürpərdən hekayəsi

Amerikanın və dünyanın ilk seriyalı qatili qadını Lavinia Fisher həyat yoldaşı Con Fisher ilə birlikdə "The Six Mile Vayfarer" adlı bir otelin sahibi idilər.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, cütlük adətən qəsəbədə yaşamayan və ilk dəfə bölgəyə gələn qonaqlarına ağılalmaz bir tələ qururdular. Otaqlardakı yataqların altına xüsusi bir mexanizma yerləşdirən Fisherlar qonaqlar yatağa uzandıqda həmin xüsusi mexanizma açılır və qonaqların otaqların altında yerləşən qaranlıq zirzəmiyə düşməsini təmin edirdilər. Lavinianın təqdim etdiyi çayı içdikdən sonra qonaqlar sərxoş olur və bu zaman Lavinianın əri Con Fisher əlində bir baltayla zirzəmidə dayanırdı.

Otelin qonaqlarının sirli şəkildə itkin düşməsi bölgədəki təhlükəsizlik işçilərinin diqqətini çəksə də, əllərində sübut olmadığı üçün heç bir şey edə bilmirdilər.

Bir gün otaqda qonaq olan Con Peeoles adlı şəxs çay içməkdən nifrət edirdi. Bu səbəblə o, Lavinia Fisherin ona təqdim etdiyi çayı içirmiş kimi göstərərək saxsının içinə boşaldıb. Otel sahiblərinin hərəkətlərindən narahat olan Con otağına getdikdə hər an bir hadisə olacağından şübhələnərək həmin gecə oturacağın üstündə yatmağa qərar verib. O, yatmağa çalışarkən yatağın altında bir mexanizmanın açıldığı gördükdə çox təəccüblənib və pencərədən qaçaraq baş verənləri polisə bildirib.

Daha sonra burada axtarış işləri aparan polislər oteldə qalmış qonaqların şəxsi əşyalarını tapıb. Cəsədlərin isə otelin içində basdırıldığı ortaya çıxıb. Manyak cütlüyün "Oil City Jail" həbsxanasında asılmasına qərar verilib.

Ölmək istəmədiyini bildirən Con Fisher tövbə etdiyini bildirsə də, bu onu xilas etməyib. Lavinia isə evli olduğunu və evli qadınların edamının qadağan olduğunu xatırladıb. Buna görə də, əvvəlcə Lavinianın həyat yoldaşı edam olunub. Beləliklə Lavinia dul qadın olduğu üçün onun edam olunması qanunsuz deyildi.

Lavinia isə edama gedərkən gözəlliyi ilə ətrafdakıları cəlb edərək onunla evlənməsi ümidilə gəlinlik geyinib. Amma işlər Lavinianın istədiyi kimi getməyib və heç kim onunla evlənmək istəyib. Ölümə gedərkən cani qadının dediyi son sözlər bunlar idi "Cəhənnəmə göndərəcəyiniz bir mesajınız varsa mən sizin yerinizə çatdıraram".

İdamına gelinlikle giden ilk kadın seri katil Lavinia Fisher'ın tüyler ürperten hikayesi!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR