Slimfit
  1. MARAQLI

Dünyanın ən çirkli çayı

Dünyanın ən çirkli çayı
Sakura

Sitarum dünyanın ən çirkli çayıdır.

Sitarum dünyanın ən çirkli çayıdır.

Bu çay İndoneziyanın Yava adasında axır. Əvvələr buranı cənnət torpaqları da adlandırırdılar.

Bu gün isə Sitarum çayında zibil əlindən su belə görünmür.

“Asian Development Bank”ı  çayın təmizlənməsi üçün 500 milyon dollar ayırmışdı. Sitarum çayının suyu adi sudan min dəfə çirkli sayılır. Ətrafa yayılan zəhərli maddələr ümumilikdə 200 milyon insanın həyatı üçün təhlükə mənbəyidir.

Çayın zəhərlənməsinə səbəb torpaqdakı qurğuşun, havaya atılan kimyəvi maddələr və çaylara axıdılan zavod və fabrik tullantılarıdır. İndoneziyada fəaliyyət göstərən iki minə yaxın fabrik sənaye tullantılarını məhz bu çaya axıdır. Əslində bu, böyük fəlakətdir. Çünki Sitarum çayı minlərlə yerli sakin üçün həyat mənbəyidir.

Məlumat üçün bildirək ki, Sitarum Yava dasında iki ən böyük çaylardan biridir və Saqulinq gölünə qovuşur. Çayın üzərində İndoneziyanın ən böyük hidroelektrik stansiyası da inşa edilib.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR