Harunustaspor dünyada yeniliyə imza ataraq oyunçusunu bitcoin müqabilində transfer edib.
2017-ci ilin trend mövzularından biri olan kriptovalyuta dünyada qəbul olunmağa başlayır. Belə ki, idman klubları belə kriptovalyuta işinə qoşulur. Ens.az Webtekno resursuna istinadən xəbər verir ki, Türkiyədə bu mövzuda dünyada ilk olması idda edilən bir hadisə baş verdi. Sakaryanın həvəskar komandalarından biri Harunustaspor 22 yaşında olan Ömər Faruk Kıroğlu adlı futbolçusunu kriptovalyuta müqabilində transfer edib.
Klubun rəhbəri Haldun Şehir Sakaryanın birinci həvəskar B qrupunda mübarizə aparan komandasına yeni oyunçu əlavə etmək üçün Kıroğlu-ya 2 min türk lirəsi + 0,0524 bitcoin ödədi. Bitcoin valyutasının hazırki dəyərini nəzər alsaq bu 2500 türk lirəsi edir, buna görə də transferin cəmi dəyəri 4500 TL olaraq dəyərləndirilir.
Dünyada Bitcoin üzərindən edilən ilk transfer olduğunu söyləyən Şehit “Ölkəmizdə və dünyada səs salmaq üçün bunu etdik. Klubumuz da çempionluq yarışındadır. Bu transfer Türkiyədə, hətta dünyada ilk dəfə oldu. Professional olaraq edilmiş olsaydı televiziyalarda da nümayiş edilərdi. Həvəskar olaraq ilk dəfə biz etdik. Bunun üçün də qürur duyuruq” – dedi.
Bitcoin ilə ödənişi qəbul edən gənc futbolçu Ömər Faruk Kıroğlu isə “Mənim üçün də, dünya üçün də bu ilkdir. Rəhbərimin dediyi kimi biz yenilik edirik, mən də yeniliyi qəbul edirəm. İki tərəf üçün də xeyirli olmasını diləyirəm” – dedi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət