Slimfit
  1. ELM

Dünyada ən yüngül alüminium hazırlandı: o suda batmır

Dünyada ən yüngül alüminium hazırlandı: o suda batmır
Sakura

Dünyada ən yüngül alüminium hazırlandı: o suda batmır

Alüminiumu suya atsaq o batacaq. Bu ona görə baş verir ki, adi formada alüminiumun sıxlığı sudan çoxdur. Bu artıq problem deyil.

Yuta Dövlət Universitetindən kimyaçı Aleksandr Boldırev və onun “Rostov-na-Donu”-dakı Cənubi Federal Universitetindən olan həmkarları Vitaliy Koval, Ruslan Minyayev və Vladimir Minkin adi alüminiumu kompüter modelləşdirilməsi ilə molekulyar səviyyədə yenidən hazırladılar, bununla sudan yüngül olan ultra yüngül alüminiumun kristallik formasını aldılar.

“Rostov-na-Donu”-dan olan alimlər almazın adi kristallik qəfəsindən başladılar, sonra karbohidratın hər atomunu alüminiumun tetraedrinə dəyişdirdilər.

Komandanın hesablamaları göstərdi ki, belə struktur yeni, metastabil, inanılmaz dərəcədə yüngül kristallik alüminium yaradır. Onların təəccübünə səbəb olan budur ki, onun sıxlığı bir kub santimetr üçün 0,61 qram oldu ki, adi alüminiumda bu hər kub santimetr üçün 2,7 qram təşkil edir. Yəni belə material suyun səthində asanlıqla üzə bilir.

Belə xüsusiyyətə malik material kosmik sənayedə, tibb, elektrikdə istifadə oluna bilər. Düzdür, hələ belə alüminiumun nə qədər möhkəm olması hələ aydın deyil.

Yenə də bu kəşf yeni materialların hazırlanmasına yeni yanaşmaya səbəb olacaq. “Bu araşdırmanın heyrətamiz tərəfi yeni materialın hazırlanmasında artıq məlum strukturun istifadəsindən ibarətdir – Boldırev deyir. – Belə yanaşma yeni ixtiralara yol açır”.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR