Dünyada ən məşhur 10 smartfon
Hazırda Azərbaycanda və digər dünya ölkələrinin mağazalarının vitrinlərində onlarla müxtəlif istehsalçıların telefonlarına rast gəlmək olar, özü də onlar müntəzəm olaraq yeni modellər buraxırlar. GSMArena cari ilin noyabr ayının ortalarına olan vəziyyət üzrə dünyada ən məşhur 10 smartfonu açıqlayıb. Siyahıya Google daxil olmaqla müxtəlif axtarış sistemləri çərçivəsində istifadəçilərin daha çox maraqlandığı mobil cihazlar daxil olub.
Beləliklə, hazırda ən məşhur smartfon üç əsas kamera ilə təchiz olunmuş Samsung Galaxy A7 (2018) modelidir. İstifadəçilər bu telefonla çox maraqlanırlar, çünki o qiymətinə uyğun olaraq optimal texniki təchizat, həmçinin əla şəkil keyfiyyəti təklif edir. İkinci yerdə qiymət və keyfiyyət nisbətinə görə smartfon bazarında ən yaxşılarından biri hesab olunan Xiaomi Redmi Note 6 Pro modelidir.
Üçüncü mövqedə Huawei Mate 20 Pro flaqman telefonudur ki, onda displeyinə daxil edilmiş barmaq izi skaneri, qabaqcıl optikalı üçlü əsas kamera, IP68 standartı üzrə su və tozdan müdafiə, həmçinin ən yeni texniki təchizat mövcuddur. Aşağı pillədə olmasının səbəbi yüksək qiymətidir. Dördüncü pillədə təsadüfi şəkildə Sharp Aquos R2 Compact qərar tutub ki, ekranda eyni zamanda iki çıxışa malikdir, onlardan biri yuxarıda, digəri isə aşağıdadır.
Beşinci yerdə büdcə flaqmanı Pocophone F1 smartfonudur ki, onun reytinqi getdikcə yüksəlir. Sonra, altıncı yerdə Huawei Honor 8X, yeddincidə isə “balaca” modeldən fərqli olaraq, dördlü əsas kamera və texniki cəhətdən daha qabaqcıl göstəricilərə malik olan Samsung Galaxy A9 (2018) qərar tutub. Səkkizinci mövqe OnePlus 6T, doqquzuncu Samsung Galaxy S8, sonuncu - onuncu yer isə Oppo A3s modelinə məxsusdur.
Mənbə: Akket.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət