Slimfit
  1. DÜNYA

Dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlər

Dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlər
Sakura

Dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlər

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb.

Fins.az xəbər verir ki, siyahıya Böyük Britaniyanın paytaxtı London başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək təxminən 180 ABŞ dollarına başa gəlir. Şəhərdə 700-ə yaxın marşrut avtobusu fəaliyyət göstərir. Bu avtobuslar özəl operatorlar tərəfindən idarə olunur. Londonun simvollarından biri ikimərtəbəli qırmızı avtobuslardır.

Bundan başqa, şəhər ən qədim metropolitenə malikdir. Hazırda London metrosu ümumi uzunluğu 402 km təşkil edən 11 xətdən və 270 stansiyadan ibarətdir. Şəhər metrosu il ərzində 1 milyarda yaxın sərnişinə xidmət göstərir. Bu göstəriciyə görə London metrosu yalnız Moskva və Paris metropolitenlərinə uduzur. ONA

İctimai nəqliyyatı ən bahalı olan şəhərlərin reytinqi:

#

Şəhər

Ölkə

Aylıq gediş haqqı, ABŞ dolları

1

London

Böyük Britaniya

179,4

2

Dublin

İrlandiya

128,1

3

Oklend

Yeni Zelandiya

125,7

4

Tokio

Yaponiya

123,1

5

Nyu-York

ABŞ

121

6

Sidney

Avstraliya

120,6

7

Vellinqton

Yeni Zelandiya

113,1

8

Toronto

Kanada

107,5

9

Çikaqo

ABŞ

107

10

Melburn

Avstraliya

102,3a

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR