Slimfit
  1. AZƏRBAYCAN

“Dünya tramplaşır” - Sahib Alıyev

“Dünya tramplaşır” - Sahib Alıyev
Sakura

“Dünya tramplaşır” - Sahib Alıyev

"Belə görünür ki, indən sonra dünyada ən qəhət və elə həm də ən qiymətli şey sabitlik olacaq".

Modern.az xəbər verir ki, bunu beşinci çağırış Milli Məclisin deputatı, siyasi icmalçı Sahib Alıyev İran ordusunun generalı Qasım Süleymaninin Bağdadda ABŞ-ın raket hücumu nəticəsində öldürülməsindən dolayı regionda yaranmış gərginliyi şərh edərkən bildirib.

"ABŞ-ın başqa bir ölkənin silahlı qüvvələrini öncə terror qruplaşması adlandırıb, ardından da onun başında duranlardan ən tanınmışını qətlə yetirməsi və gələcəkdə də belə bir addımın atıla biləcəyi xəbərdarlığını etməsi onu göstərir ki, beynəlxalq konyukturadakı turbulentlik təkcə davamlı yox, həm də dayanıqlı şəkil alır.
Mən ötən ilin yekunlarını qiymətləndirərkən də demişdim, beynəlxalq münasibət getdikcə beynəlxalq münasibətsizliklə əvəzlənir. Bir sözlə, dünya tramplaşır. Yəni dövlətlər, özəlliklə də böyük dövlətlər beynəlxalq hüquq və norma çərçivəsində deyil, öz gücünün diqtə etdiyi reallıqlara dayanaraq hərəkət edir.
Ona görə də hər bir azərbaycanlı ölkəmizdəki sabitliyin qədrini və qiymətini bilməli, onun hansı zəhmət, bacarıq hesabına əldə olunduğunu dərk etməli, anlamalıdır ki, fərd olaraq bizim hər birimizin dəyərimiz ilk növbədə dövlətimizin qüdrətiylə ölçülür", - deyə S.Alıyev bildirib.

T.İSMAYIL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR