Slimfit
  1. İDMAN

Dünya çempionatlarının rekordçusu milli komanda karyerasını başa vurub

Dünya çempionatlarının rekordçusu milli komanda karyerasını başa vurub
Sakura

Misirin "İsmaili" klubunun qapıçısı Essam əl-Hadari ölkənin futbol üzrə milli komandası ilə vidalaşıb

Misirin "İsmaili" klubunun qapıçısı Essam əl-Hadari ölkənin futbol üzrə milli komandası ilə vidalaşıb.

"Report"un məlumatına görə, bu barədə dünya çempionalarının ən yaşlı oyunçusunun özü şəxsi "Facebook" səhifəsində yazıb.

O, uzun müddət düşündükdən sonra belə bir qərar verdiyini bildirib: "Millidəki ilk oyunumdan indiyədək 22 il 4 ay 12 gün keçib. Hesab edirəm ki, karyeramı yekunlaşdırmaq üçün ən yaxşı an yetişib".

2018-ci il dünya çempionatında əl-Hadari 45 yaşında ikən meydana çıxıb və Səudiyyə Ərəbistanına qarşı oynayıb. Əvvəlki rekord Kolumbiya millisinin və Türkiyə "Qalatasaray"ının keçmiş qapıçısı Fərid Mondraqona məxsus idi. Mondraqon DÇ-2014-də 43 yaşında Yaponiya ilə görüşdə forma geyinib. Seçmə mərhələləri də nəzərə aldıqda isə rekord göstərici Vircin adaları yığmasının müdafiəçisi Teylor Makdonaldın (46 yaş, 2004-cü il) aktivindədir.

Qeyd edək ki, Essam əl-Hadari Misir yığmasında 1996-cı ildən çıxış edib. O, 159 dəfə formasını geyindiyi millidə oyun sayında da dünya rekordçusudur. Əl-Hadari Afrika Millətlər Kubokunun 4 qat qalibi olub.       

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR