"Dünya bizim görüşümüzün sonunu gözləyir" – Ərdoğan
"Hesab edirəm ki, nəinki region, ümumiyyətlə bütün dünyanın diqqəti bizim bugünkü görüşə cəmlənib"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, prezidentlər Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcəklər.
Rusiya prezidenti Vladimir Putinlə görüşün yekunlarına dair bəyanat olduqca əhəmiyyətlidir.
"Hesab edirəm ki, nəinki region, ümumiyyətlə bütün dünyanın diqqəti bizim bugünkü görüşə cəmlənib. Bizim bugünkü görüşdən sonra səsləndirəcəyimiz bəyanat regiona ümid verəcək", — deyə Ərdoğan Putinlə görüş zamanı bildirib.
Vladimir Putin isə öz növbəsində bəyan edib ki, Rusiya və Türkiyə arasında əlaqələr pozitiv şəkildə inkişaf edir: "Bizim əlaqələrimiz kifayət qədər dinamik və pozitiv şəkildə inkişaf edir. Buna nümunə olaraq ticari-iqtisadi əlaqələri göstərmək olar. Bu əlaqələr kifayət qədər sürətli templərlə inkişaf edir. Bu, həmçinin bizim, xüsusilə regionda və geniş anlamda beynəlxalq arenada təhlükəsizlik xətti ilə əməkdaşlığımıza da aiddir. Xeyli sayda suallar var, olduqca çətin suallar da var. Mən sizi görməyə olduqca şadam".
Read more: https://sputnik.az/russia/20180917/417059362/dunya-bizim-gorusumuzun-sonunu-gozleyir.html
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət