Slimfit
  1. İQTİSADİYYAT

DSMF-nin investisiya qoyuluşu 800 milyon manata çatıb

DSMF-nin investisiya qoyuluşu 800 milyon manata çatıb
Sakura

DSMF-nin investisiya qoyuluşu 800 milyon manata çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu il noyabrın 1-nə qədər 600 milyon manat, son günlər isə əlavə olaraq 200 milyon manat vəsaitini investisiya qoyuluşuna yönəldib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu naziri Sahil Babayev Milli Məclisdə “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsinə ölkə Prezidentinin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlanılıb. “Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarında yerləşdirilir. Bu da həmin bazarların inkişafı üçün dəstək tədbiri deməkdir”, - deyə o qeyd edib.

Bundan başqa, nazir qeyd edib ki, DSMF-nin büdcəsinin təxminən 20 %-i dövlət büdcəsindən ayırmalar hesabına formalaşır: "Qalan 80 % məcburi dövlət sosial sığorta haqları hesabına yığılan vəsaitdir. Bu da DSMF-nin müstəqilliyi, maliyyə dayanıqlılığı, gələcək inkişafı baxımından çox önəmlidir. Saxta, əsassız ödənişlərin qarşısının alınması ilə bağlı görülmüş işlər bizə imkan verir ki, büdcədən transfert azalsın".

"İlin sonunda orta aylıq əməkhaqqının məbləğində nə qədər artım olacağını biləcəyik. Orta aylıq əməkhaqqının məbləği nə qədər artacaqsa, növbəti illərdə əmək pensiyalarının indeksiyası işlərinə keçiləcək", - deyə nazir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR