Dərc edildi: Baxış sayı: 526
Dövlət rəsmilərinə mükafat veriləcək
Tonika Group MMC-nin təşkilatçılığı ilə keçirilən “Odlar Yurdu – 2018” Milli Mükafatının qaliblərinin təltif edilməsi mərasimi fevralın 24-ü Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Bu barədə Kult.az-a “Tonika Group” MMC-nin mətbuat katibi Təbriz Məhərrəmoğlu məlumat verib.
O bildirib ki, tədbirdə 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, dövlət rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri, kütləvi informasiya vasitələri nümayəndələri, onlarla çalışan iri biznes mərkəzləri, iş adamları və s. mükafatlandırılacaq.
Qeyd edək ki, “Tonika Group” MMC-nin təsisçisi və direktoru Nicat Həsənzadədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət