Slimfit
  1. SİYASƏT

Dövlət Mükafatının məbləği artırıldı

Dövlət Mükafatının məbləği artırıldı
Sakura

Dövlət Mükafatının məbləği artırıldı

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb.

Ens.az-ın məlumatına əsasən, bununla bağlı Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mükafat hər cüt ildə 28 may - Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR