Dərc edildi: Baxış sayı: 455
Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adlar verilib
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Əliyeva Lətifə Cahandar qızı
Novruzova Nübar Qulu qızı
“Əməkdar artist”
Abdullayeva Mehriban Abdulla qızı
Əsədov İlham Əsəd oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Şərifova Güşvər Fətulla qızı
“Əməkdar mədəniyyət işçisi”
Rəhimli Rafiq Səfər oğlu.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət