Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dırnaqlarınızdakı dəyişiklik bu xəstəliklərin əlaməti ola bilər

Dırnaqlarınızdakı dəyişiklik bu xəstəliklərin əlaməti ola bilər
Sakura

Dırnaqlarınızdakı dəyişiklik bu xəstəliklərin əlaməti ola bilər

Dırnaqların formasının və rənginin dəyişməsi ağciyər xərçəngi və digər növ onkoloji xəstəliklərin əlaməti ola bilər. Qərb mütəxəssisləri ingiltərəli Cenni Uilyams Teylorla baş verən hadisəni öyrənəndən sonra bu qənaətə gəliblər. O, öz dırnaqlarının formasının dəyişməsi ilə bağlı post paylaşandan sonra həkimlər ona erkən ağciyər xərçəngi diaqnozu qoyublar.

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mütəxəssislər qeyd ediblər ki, dırnaqların  qeyri-təbii deformasiyası, böyümə istiqamətinin dəyişməsi (məsələn, içəri əyrilik), eləcə də barmaq uclarının özlərinin qalınlaşması ağciyər xərçənginin əlaməti ola bilər. Məhz bu əlamətlər britaniyalı qızda müşahidə olunub.

Alimlər, eləcə də dırnaq plastinlərinin rəngindəki dəyişikliyə diqqət yetirməyi məsləhət görürlər: çox solğun dırnaqlar qaraciyər xəstəliyinin əlamətləri ola bilər. Dırnaqların qara forması isə dəri xərçənginin müjdəçisi ola bilər.

Cenni Uilyams Teylorda xərçənkin erkən mərhələsi aşkar olunduğundan, onun xəstəliyin öhdəsindən gəlmək imkanı var.

Mütəxəssislər məsləhət görürlər ki, dırnaqlarında dəyişiklik aşkar edənlər təşvişə düşməsinlər, çünki əlamət hələ xəstəlik deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR