Slimfit
  1. DÜNYA

Nelson Mandelanın nəvəsi Cənubi Afrikada həbs edildi

Nelson Mandelanın nəvəsi Cənubi Afrikada həbs edildi
Sakura

Nelson Mandelanın nəvəsi Cənubi Afrikada həbs edildi

Cənubi Afrika polisi demokratik Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsini avtomobil oğurluğunda əli olmaqda şübhəli bilinərək həbs edib.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,  bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda Mandelaya məxsus malikanənin ərazisində aşkar edilib və sonra onun nəslinə keçib.

Yohannesburq polisinin sözçüsü Xolani Phila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib:

“Köşkə girəndə polis əməkdaşları oğurlanmış avtomobil aşkarlayıb və şübhəli şəxsləri saxlayıblar”.

Yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.

Taksi sürücüsü işləyən sürücünün “Toyota Corolla” markalı avtomobili qaçırılıb.

 

Nelson Mandela 1994-cü ildə aparteid sisteminin dağılmasından sonra Cənubi Afrika Respublikasının prezidenti seçilib. O, bu vəzifəni 1999-cu ilin yayına qədər tutub. Mandela 2013-cü ildə 95 yaşında vəfat edib. Mandela 6 övladı və 17 nəvəsi qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR