Dərc edildi: Baxış sayı: 1408
“Deyirdi ki, mən yüz il yaşayacam...” - Şəhid pilotumuzun həyat yoldaşı...
Bu gün aprel döyüşlərimizdə şəhid olan pilotumuz mayor Təbriz Tariyel oğlu Musazadənin doğum günüdür.
Şəhid pilotumuzun həyat yoldaşı Pərişan Musazadə Moderator.az-a açıqlamasında şəhid həyat yoldaşı haqda öz fikirlərini bölüşüb:
“Təbrizin doğum günüylə bağlı böyük bir təəssüratları yoxdur. Çəməngözlü çox zaman işində olardı. Son il tort bişirmişdim. Gəldi nə xeyir işdir?-deyə soruşdu. Doğum günü olduğunu söylədim. Unutmuşdu. Sonra güldü. Telefonun gətirməmi istədi, çünki həmin gün dostunun da doğum günü idi. Zəng vurdu həmişəki kimi bir-birilərini təbrik etdilər. Sonra övladları ilə şamı söndürdü. Hətta Onur: “Ata, niyə tortda bir şam var? Axı sənin bir yaşın olmur”-deyə soruşdu. Təbriz də gülüb: “Qaqaş, bundan belə bir şam qoymaq lazımdır, çünki yaşım getdikcə çoxalır, şam çatmaz. Bunun yüzü var”-dedi. Deyirdi özünüzə yaxşı baxın ki, yüz il yaşayın. “Mən yüz il yaşayacam”-deyirdi. Çox təəssüf həyat… Amma həmişə tort bişirib uşaqlarla atamızın gəlməsini gözələyirdik”.
Xatırladaq ki, Təbriz Musazadə 1981-ci il avqustun 12-də anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru 2016-cı il aprel döyüşləri zamanı mayor Urfan Vəlizadə, baş-leytenant Əbu Bəkir İsmayılov ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 helikopterinin üzvü olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki oğlu yadigaq qalıb.
Vasif Əlihüseyn
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət