Slimfit
  1. QADINLAR ÜÇÜN

Dəri üçün zəncəfil

Dəri üçün zəncəfil
Sakura

Dəri üçün zəncəfil

Zəncəfilin xeyirli xüsusiyyətlərini getdikcə çoxları qiymətləndirir – o antiseptik, antioksidant, sakitləşdirici xüsusiyyətlərə malikdir. Onu içkilərə və yeməklərə təkcə təzə qoxusuna və yaxşı dadına görə deyil, həm də qeyri-adi faydasına görə əlavə edirlər.

Ondan gözəllik üçün niyə istifadə edilməsin?

Ən maraqlısı budur ki, zəncəfil böyük sayda xeyirli xüsusiyyətlərinə görə istənilən növ dəri üçün tamamilə universaldır.

Diqqət: zəncəfil yandıra bilər, buna görə də çəkmək üçün onu təmiz şəkildə istifadə etmək məsləhət görülmür. Onu ilk olaraq biləyinizdə yoxlayın. Ehtiyatlı olun – gözə düşməsinə imkan verməyin.

Yağlı dəri üçün maska – dəri yağlarını neytrallaşdırır və tutqunlaşdırır. 1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı çobanyastığı həlimi və ya bir neçə damcı limon şirəsi, 1 xörək qaşığı ağ gil

Problemli dəri üçün maska – qurudur, qıcıqlanmanı azaldır və bakteriyaları məhv edir: 1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı möhkəm dəmlənmiş yaşıl çay.

Ağardıcı maska – piqment ləkələrini açır, üzün rəngini hamarlayır: 1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı istənilən sitrus efir yağı, 1 çay qaşığı cəfəri həlimi.

Canlandıran maska – üz dərisini yaxşılaşdırır, dərini dartır və təravətləndirir:  1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı nar şirəsi.

Şişlər üçün effektiv maska – üz şişlərini tez və effektiv aradan qaldırır: 1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı sürtkəcdən keçirilmiş alma və ya çiy kartof.

Baş dərisi üçün maska – saçın uzanmasını stimullaşdırır, kəpəkdən qurtarır, parlaqlıq verir: 1 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı limon, 1 çay qaşığı bal, yumurta sarısı.

Masaj üçün anti-sellülit kremi – dərini dartır,  “portağal qabığı” effektini aşağı salır: 2 xörək qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 1 xörək qaşığı portağal şirəsi, 100q zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və ya qəhvəyi şəkər.

Üz üçün maskaların 20 dəqiqə, saç üçün isə nazik qatla 40-50 dəqiqə saxlamaq lazımdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR