Dərc edildi: Baxış sayı: 593
Deputat: 'Əlilliyin təyini problemini iki nazirlik bir-birinin üstünə atır'
“Əlilliyin müəyyən edilməsində çox ciddi problemlər var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat İlham Məmmədov deyib.
Deputat əlilliyinin müəyyən edilməsi proseduru ilə bağlı Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin iştirakı ilə ictimai dinləmənin keçirilməsini təklif edib: “Çünki bu məsələ ilə bağlı mövcud problemləri hər iki qurum bir-birinin üstünə atır. Bu məsələ həll edilməlidir”.
Komitə sədri isə deputatın təklifinə cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı problemlərin olması hökumətə də bəllidir: “Biz payız sessiyasında bu məsələyə qayıda bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət