Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Depressiyanı bu xəstəliklər yaradır

Depressiyanı bu xəstəliklər yaradır
Sakura

Depressiyanı bu xəstəliklər yaradır

Qolunuzu belə tərpətməyə halınız yoxdur, daima yuxunuz gəlir? İşlərinizi yerinə yetirməkdə və yaxud nəfəs alıb-vermədə çətinlik yaşayırsınız? 
 
Medicina.az xəbər verir ki, bu sadalanan depressiya siqnallarının kökündə əslində, ürək-damar xəstəlikləri, yaxud şəkərli diabet və digər xəstəliklər dayana bilər...
 
ŞƏKƏRLİ DİABET
 
Şəkərin qanda xroniki artımı  ilə biz artıq şəkərli diabet xəstəsinə çevrilə bilərik. Bu özünü bir çox əlamətlərlə büruzə verir. Dəridə quruluq, tez-tez sidiyə getmə, diqqət pozğunluğu, iştah artması, səbirsizlik, həddindən çox yatmaq, halsızlıq və s. Lakin bütün bunlar bəzi hallarda sadəcə depressiya kimi qiymətləndirilir.
 
QALXANABƏNZƏR VƏZ
 
Halsızlıq, zəiflik, kökəlməyə meyillilik, gün boyu yatmaq istəyi, diqqət pozğunluğu, intihar düşüncəsi, boyunda ağrılar, udqunmada və nəfəsalmada çətinlik əmələ gəlməsi və depressiya kimi simptomları özünü büruzə verir.
 
XRONİKİ İNFEKSİYA XƏSTƏLİKLƏRİ
 
Patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslərdir. Cinsi yol ilə keçən xəstəliklər kimi bir sıra xəstəliklər xroniki infeksiyanın başlanığıcı hesab olunur. Əvvəl bədəndə enerji azlığı, diqqət cəmləyə bilməmək, iştahsızlıq, tez yorulma halları müşahidə olunur. İnfeksion proses zamanı orqanizmdə kliniki əlamətlər zəifləyir. 
 
ANEMİYA-QAN AZLIĞI
 
 Sadə və ya daha ciddi səbəblərdən yaranan qan azlığı, yəni anemiya, qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Zəiflik, diqqət və yuxu pozğunluğu, işdahsızlıq anemiyanın ilkin əlamətləri hesab olunur.
 
DEPRESSİYADAN NECƏ XİLAS OLAQ?
 
Aparılan araşdırmalara görə, bütün bu xəstəliklərin kökündə də depressiya dayanır. Lakin demək olar ki bütün xəstəliklər insanları depressiya çəkir. Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Məlumata görə, dünyada beş nəfərdən biri ömründə bir dəfə olsa da depressiyaya  düçar olur. Depressiya duyğu, düşüncə və davranışa birbaşa təsir edir. Qarşısı alınmasa ömür boyu davam edə bilər. Mövcud vəziyyətə istənilən yaşda rastlaşılır.  Bu nevroz halın qarşısını almaq üçün isə yalnız tibbi və psixoloji müalicəyə ehtiyacı yaranır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR