Slimfit
  1. CƏMİYYƏT

Daşkəsən yaylağında bir gün

Daşkəsən yaylağında bir gün
Sakura

Daşkəsən yaylağında bir gün

Daşkəsən yaylağında çəkilən fotolarda təbiətin füsunkarlığı göz oxşayır.

Gördüyünüz fotolar Azərbaycanın ən ucqar səfalı guşələrindən olan Daşkəsən yaylağında lentə alınıb. Hazırda yaylaqda minlərlə qoyun otarılır.

Fotoları sosial şəbəkədə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov paylaşıb.

Onun sözlərinə görə, fotolarda gördüyünüz Daşkəsən yaylağına getmək üçün ölkəmizin ən gözəl rayonlarımızdan olan Zaqatalanın Yuxarı Çardaqlı kəndindən atlar vasitəsilə üç saat yol qət etmək lazımdır:

“Yaylağa, əsasən, fermerlərin yerli sortlardan olan qoyunları gətirilir. Daşkəsən yaylağında qoyunların südündən pendir hazırlanır. 20 gün sonra həmin pendirlər yaylaqdan rayonlara gətirilir.

Səhərlər duman-çən düşür, qoyunlar bu gözəl yaylağa otarılmağa aparılır, havanın temperaturu çox aşağı olur. Yaylaqda yeyilən yeməklərin dadı çox fərqlidir, qoyun südünün və pendirinin isə ləzzəti tərif edilə bilməyəcək qədər möhtəşəmdir”.

Daşkəsən yaylağında çəkilən kadrları təqdim edirik:

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR