Slimfit
  1. MƏDƏNİYYƏT

Daha bir məşhur Prezidentə müraciət etdi — Mənzillə bağlı

Daha bir məşhur Prezidentə müraciət etdi — Mənzillə bağlı
Sakura

Daha bir məşhur Prezidentə müraciət etdi — Mənzillə bağlı

Lənkəran Dövlət Dram Teatrı baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov mənzilə probleminə görə Prezident İlham Əliyevə müraciət edib.

Ens.az xəbər verirki,72 yaşını qeyd edən sənətkar “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində uzun müddətdir evsizlikdən əziyyət çəkdiyini bildirib:

“Mən bu haqda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət etmişəm. İnşallah, inanıram ki, tezliklə problemim öz həllini tapar”.

Sənətkar əməkdaşımızın “doğum gününüzdə sizi kimlər təbrik edib” sualını belə cavablandırıb:

“Heç kimdən və heç nədən narazı deyiləm. Sağ olsunlar, həmkarlar, dostlar, digər teatrların əməkdaşları təbrik ediblər. Yəqin ki, Mədəniyyət Nazirliyindən də təbrik edən olacaq. Amma mənim əsas problemim mənzillə bağlıdır. Bakıda doğulub, böyümüşəm. Ancaq 13.5 kvadratmetrlik mənzilimiz var. Bu evdə beş nəfər yaşayırıq, iki ailə üzvüm əlildir. Bu problemlə yaradıcılıqla da normal məşğul ola bilmirəm. Əslində, mən Lənkərana mənzil prolemimə görə gəldim ki, evdə darısqallıq olmasın, bir nəfərin yeri boşalsın, bir az rahatlıq olsun”.

Qeyd edək ki, Prezident İlham Əliyev son günlər bir neçə tanınmış teatr və kino adamını mənzillə mükafatlandırıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR