Slimfit
  1. AZƏRBAYCAN

Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev

Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev
Sakura

Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev

Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir.

Axar.az xəbər verir ki, bunu Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilmə mərasimində sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib.

"Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var. Dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir.

 

Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq", - dövlət başçısı vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR