Slimfit
  1. CƏMİYYƏT

COVİD-19 xəstəliyinin olduğu ölkələrə gedəcək şəxslər nə etməlidirlər?

COVİD-19 xəstəliyinin olduğu ölkələrə gedəcək şəxslər nə etməlidirlər?
Sakura

COVİD-19 xəstəliyinin olduğu ölkələrə gedəcək şəxslər nə etməlidirlər?

Azərbaycanda COVİD-19 xəstəlik halının təyin olunduğu ölkələrə gedəcək şəxslərin nə etməli olduqları müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, yüksək xəstə sayı və ya xəstəlik hallarının sürətli artımı qeydə alınan ölkələrə səyahət mümkün olduğu qədər təxirə salınmalıdır.

Məcburiyyət olduqda isə səfər planlaşdıranlara bir sıra tədbirlərin tətbiqi tövsiyə olunur.

Bu halda xəstə insanlarla təmasdan çəkinmək lazımdır (mümkündürsə, ən azı 1 m məsafə saxlanılmalı), çox sayda xəstələrin olması səbəbinə görə mümkündürsə, tibb müəssisələrinə baş çəkilməməli, bu müəssisələrə getməyin lazım olduğu hallarda isə digər xəstələrlə təmas minimuma endirilməlidir.

Qida təhlükəsizliyi tövsiyələrinə (məsələn, çiy süd və heyvan mənşəli məhsullardan istifadə etməmək, çiy şəkildə istifadlə olunan tərəvəz və meyvələri yaxşı yumaq) diqqət yetirilməlidir. Yabanı və ev heyvanları ilə (canlı və ya ölü) təmasdan çəkinmək lazımdır. Əl gigiyenasına diqqət yetirilməli, əllər müntəzəm olaraq təmizlənməlidir. Əllər ən azı 20 saniyə müddətində sabun və su ilə yuyulmalı, sabun və su olmadıqda isə əl üçün nə- zərdə tutulmuş spirt əsaslı antiseptiklərdən istifadə edilməlidir. Antiseptik tərkibli sabunun istifadəsinə ehtiyac yoxdur, normal sabunun istifadəsi kifayətdir. Öskürmə və ya asqırma zamanı burun və ağızın birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfet ilə örtülməsi, kağız salfetin olmadığı hallarda isə dirsək bükümü nahiyəsi ilə örtülməsi lazımdır.

Xüsusən tənəffüs sistemi tərəfindən əlamətlərin (qızdırma, burun axması, burun tıxanıq- lığı, asqırma, öskürək, boğaz ağrısı kimi) müşahidə olunduğu təqdirdə yuxarıda göstərilən tədbirlərin tətbiqinə fikir verilməsi, əllərin tez-tez yuyulması, mümkündürsə, insanların çox olduğu yerlərə girilməməsi, öskürək zamanı və asqırarkən ağız və burun bağlanılması, imkan varsa tibbi maskalardan istifadə edilməsi tövsiyə olunur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR