Dərc edildi: Baxış sayı: 732
Conni Depp xərçəng xəstələrinə bayram hədiyyəsi edib
Tanınmış amerikalı aktyor Conni Depp “Karib dənizinin quldurları” filmlərində oynadığı Cek Sparlou(Cek Sərçəcik) adlı pirat kapitanının geyimində Parisin Küri İnstitutunda müalicə alan xərçəng xəstələrinin qonağı olub.
“Report” institutun “İnstagram” səhifəsinə istinadən xəbər verir ki, aktyorun qəfil gəlməsi həm kiçik, həm də böyük xəstələr üçün, habelə onların yaxınları, həkimlər üçün əsl bayram hədiyyəsi olub:
"Conni Deppə bizə vaxtını və qüvvəsini ayırdığı üçün, dəstək göstərdiyi üçün çox-çox təşəkkür edirik”.
Səhifədə həmçinin aktyorun xəstələrlə və həkimlərlə çəkdirdiyi şəkillər də paylaşılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət